İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, Azərbaycan nəsrində təkbaşına bütöv bir dövrdür. Bu dövrdə istər “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin tubileyi”, “Gürcü familiyası” kimi insan dramları, Həm “Sizsiz”, “2=3+4” kimi memuar ədəbiyyatı, həm “Yasxşı padşahın nağılı” kimi dissident ədəbiyyatı yer alıbdır, “Təhminə”, “Gün keçdi”, “Dədə Qorqud”, “Otel otağı” kimi filmlər vitrinə düzülübdür.
Bu gün sevimli yazıçımızın 88 yaşı tamam olur. Qışa səkkizlərini mübarək, dəyərli Anar müəllim!
Azərbaycan Respublikasının xalq yazıçısı Anar Rzayev 14 mart 1938-ci ildə dünyaya göz açıb. Atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, evləniblər.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparıb. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilib.
O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib
Povestləri
- Ağ liman (1965)
- Dantenin yubileyi
- Macal
- Dədə Qorqud
- Əlaqə
- Ömür yolu. Yaradıcılığı
- Otel otağı
Romanları
- Beşmərtəbəli evin altıncı mərtəbəsi
- Kərəm kimi (sənədli roman)
- Söz dünyası (5 cilddə)
Hekayələr və pyesləri
- Sənin nəğmən yaxşıdır (pyes)
- Keçən ilin son gecəsi
- Bayram həsrətində
- Asqılıqda işləyən qadının söhbəti
- Sabah ayıq olacayıq
- Yağışlı gecə
- Taksi və vaxt
- Vahimə
Molla Nəsrəddin — 66
- Zarafatsız
- Məlumat
- Gülməşəkər kəndinin sabahı
- Zəncir
- Rəng
- Başımızın ağası
- Əl əli yuyar və yaxud bozbaş dəstgahı
- Sayların sərgüzəşti
"Molla Nəsrəddin" yüz on il sonra
- "Molla Nəsrəddin" yüz on il sonra
- Heç məni demirsən…
- Futbol reportajı
- Bir güllə bahar olmaz
- Naqqal Nağı və Əzizənin ərizəsi
- Burda… Orda… Burda…
Mükafatları
- Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR əməkdar incəsənət xadimi
- Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan Azərbaycan Respublikasının Xalq yazıçısı
- Azərbaycan "İstiqlal" ordeni
- Azərbaycan "Şöhrət" ordeni
- Azərbaycan "Şərəf" ordeni
- Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- Azərbaycan "Heydər Əliyev Mükafatı"
- Azərbaycan "Humay" mükafatı
- Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı
- "Üzeyir Hacıbəyli" medalı
- "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı
- Azərbaycan "Əmək" ordeni
- Özbəkistan "Dostluq" ordeni
- Azərbaycan "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.
Xalq yazıçısı yenə də iş başındadır, AYB kimi mürəkkəb bir qurumu idarə edir, yazıb-yaradır. Son 2 ildə 2 kitabının çıxması, əlbəttə ki, böyük hünərdir. Üstəlik, mediada məqalələri çıxır, tədbirlərə qatılır, çıxışlar edir, yorulmaq bilmir. Amma çox təəssüf ki, qızıl kimi vaxtını bəzən hansısa bir ədalətsiz, vicdansız insanın atdığı çamuru təmizləməyə sərf edir.
Anarın bir əsəsri var, “Anlamaq dərdi”. Bəli, bu gün ən pi solan odur ki, çoxusu Anarı anlaya bilmir. Buna dərrakələri çatmır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)


