"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub Featured

"Ulduz" jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Martın 6-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarla görüş keçirilib. Tədbir gənclərin müasir Azərbaycan ədəbiyyatına marağını artırmaq və ədiblə canlı ünsiyyət imkanı yaratmaq məqsədi daşıyırdı.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Universitetinin kafedra müdiri Gülnar Rzayeva, dosent Xəyalə Cəfərova, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Taleh Mansur və Dayandur Sevgin, tərcüməçi Nərgiz Məhərrəmzadənin iştirak etdiyi tədbirdə tələbələr Anar müəllimə onun yaradıcılığı, müasir ədəbi proses və Azərbaycan Yazıçılar Birliyi ilə bağlı müxtəlif suallar ünvanladılar.

Tədbirin sonunda ədib tələbələrə imzalı kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.