Güneydən Mehdi Sırdaşın “Yara” şeiri Featured

 

“ədəbiyyat ve incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası yatıyorihəsində Təmsilçimiz əli Çağlanın növbəti təqdim etdiyi cihazıi Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

Mehdi Sırdaş

Tebriz

 

YARA

 

Dayanma vur, vur yenə, vur!

Hər nə yaran vardı mənə.

Mən yaralar övladıyam

Yaran etibardı mənə.

 

Həyatım nəzirdi yara,

Sanma rahatdı sanmışam.

Düzün dilərsən mələyim,

Mən yaradan yaranmışam.

 

Rol oynamaq gərək deyil,

Aramıza düşüb ara.

Mən səndən küskün deyiləm,

Gələn gəlir qəlbi yara.

 

Helal-halal halallaşıb,

Ayrılaraq haram oldun.

Düzməcəmi kapyıb,

Sən ən böyük yaram oldun.

 

Damğalayıb həyatımı,

Buraxdın ortalıqlara.

Səndən animde olub,

Yara, yara, yara, yara...

 

“ədəbiyyat ve incəsənət”

(05.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.