Gözəl diyarın zəhmətkeş yazarı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edib. Səbəbi isə o olub ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilib. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanıb, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilib.

 

Söhbət Gəray Fəzlidən gedir. Şair Gəray Fəzli 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olub və İlisu kəndində boya-başa çatıb. 16 yaşında müharibə başlayıb və o da gedib düşmənə qarşı vuruçubdur.

Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürüb. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap edib. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazıb...

1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət ediblər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib.

 

Əsərləri

- Nəsr əsərləri

1. "İldırımlı dağlar" romanı - rus dilində

2. "Kəhrəba işığında"

3. "Yeddi ulduzlu səma"

4. "Gecə günəşi"

5. "Bir qəlbin asimanı"

 

- Şeirləri

"Mənim səsim" kitabı

 

Filmoqrafiya

1. Qırmızı qələm

2. "Ağ qızıl" ustası

 

26 dekabr 1995-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.