“Biri ikisində” – Firuzə Xeyrullayeva Featured

                                     

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

Firuzə XEY­­RUL­­LA­­YE­­VA 

(Özbəkistan)

 

1993-cü il­­də Öz­­bə­­kis­­ta­­nın Sə­­mər­­qənd vi­­la­­yə­­tin­­də ana­­dan olub. “Qaq­­nus uçu­­şu”, “Məh­­kum” ad­­lı şe­­ir ki­­tab­­la­­rı çap edi­­lib.

 

İnan,

da­­ha gö­zəl ya­şa­maq

is­tə­miş­dim sə­nin­lə,

da­ha xoşbəxt, daha sakit.

Qara, yağışa məhəl qoymadan

Yaşamaq istəmişdim hər saatı.

Nədənsə bacaramıram, nədənsə...

Hələ narahat edir məni hər gün gördüklərim.

Kiminsə soyuqdan öldüyü,

Kiminsə pulsuz qaldığı...

Kimisə aldadan və gedən

adamın adını dəqiq bilirəm, ünvanım kimi.

Kiməsə borclu olduğum,

Kiməsə verdiyim sözün

yaddaş küçələrimdə dolandığı kimi.

Əslində, tək onlar da deyil,

bəxtsizliyə çaşqınlığım...

Suçlama, lütfən!

Axı məni suvarmışdılar bu su ilə

və bağlamışdılar yadımda...

Sərhədlərə qədər...

Özbəkliyimə...

 

Uyğunlaşdırdı: Rəhmat Babacan

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

{gallery}25817{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.