“Biri ikisində” – Dauletkerey Kapoğlunun şeiri ilə Featured

                                     

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.

 

Dauletkerey KA­POĞ­LU

(Monqolustan)

       

9 av­qust 1977-ci il­də Mon­qo­lus­tan Res­pub­li­ka­sın­da ana­dan olub. Əl-Fə­ra­bi adı­na Qa­zax Mil­li Uni­ver­si­te­ti­ni bi­ti­rib. “Çi­yə­lək düş­mə­yə­nə­dək”, “Ağ ala­-qaran­lıq” ki­tab­la­rı­nın mü­əl­li­fi­dir. 


***


Muştuluğumu ver!
Bu gün ağcaqayın çiçəklədi.
Nurundan göydəki ay da parıldadı.
Lakin cövlan edən şimal küləyi
yavaş-yavaş təzə ağacın
 “əllərini” göyə qaldırdı.

Aprelin gözəlliyini
müşahidə etdiyim zaman
külək ruhumu titrədir...
Burada ağcaqayın çiçəklədi.
Lakin mən
Altayda qoyub gəldiyim
yalnız ardıc ağacı üçün darıxıram...

 

Uyğunlaşdırdı: Rəsmiyyə Sabir

 

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.