Payızda doğuldu, payızı vəsf etdi, payızda dünyadan köçdü Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir  payız  axşamı

göl  kənarında

o qız  özü  boyda  bəyaz  qar  idi.

 

Onun  şeirlərində  ağ  çiçək qadın ismətinin simvoludur:

 

Ay  ömür  sirdaşım,

üzüağlığından

Silkinib, çalxanıb  gözlərin  sənin.

 

Bəlkə payızda doğulduğu üçündür  ki,  Aslan  Kəmərlini başlanğıcı su ilə-yağışla, nəmişliklə  bağlayırdı.

 

Bir payız  axşamı...

Ulduz görünmür.

Yağır...

Çiçək-çiçək gölə iz düşür.

 

yaxud

 

Budaqdan  süzülür  damcı-damcı  su,

Hər  yarpaq  üstündə  bir  ulduz  yanır.

Dərənin  istəyi, dağın  arzusu

Buluddan  nəmlənir, çəndən  islanır.

 

Dolu  ona  “Misri”saz  havasını  xatırladırdı.

 

Dolu  bu  meşəni  döyəcək  indi,

Ay  aşıq, “Misridən  “Sarıtelə  keç.

 

Ağ  yağış  əslində  işığın başqa  bir  ifadəsidir, başqa  bir  formasıdır:

 

Ağ  yağış  altında  çimir  ağ  söyüd,

  söyüd  mırlanarşəfəqlənərmiş...

 

Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olub. Burada orta məktəbi bitirib, sonra kolxozda çalışıb. Bakı rabitə texnikumunda təhsilini davam etdirib. Ordu sıralarında xidmət edib. Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləyib, "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olub. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib.

"Pioner" jurnalı redaksiyasında məsul katib, "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olub. "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi. SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olub. Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə başlayıb. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

 

Kitabları

1. Kəndimizin baharı

2. Obamıza yönüm düşüb

3. Yadigar şəkil

4. Ömrümə düşən işıq

5. Yolumu gözləyən var.

6. Babamın yüz yaşı var.

 

Aslan Kəmərli 1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat edib, doğma kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”
(19.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.