“1 şeir, 1 şair”də Arzu Əyyarqızı və “Bayrağım” Featured

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Arzu Əyyarqızının "Bayrağım” şeiri təqdim edilir. Arzu Əyyarqızı “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisistdir.

 

BAYRAĞIM

 

Dalğalan əzmlə, şücaət ilə -

Dalğalan,ey mənim şanlı bayrağım.

Zirvələr tacısan, aylı, ulduzlu -

Zəfərlə tanınan sanlı bayrağım.

 

Olmusan qanımız, canımıza tən,

Yetər ki, dalğalan, sağ olsun Vətən ,

Süzürsən vətənin göylərində sən-

Müqəddəs səcdəgah qanlı bayrağım.

 

Qoy səni hər zaman ucalan görüm,

Sənin kölgəndə mən müjdələr verim,

Şükür, Qarabağda bəllidir yerin-

Sabahı şəfəqli, danlı bayrağım!

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.