Şuşanın Qartalları – Güneydən səslər Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Qarşıdan zəfər bayramı gəlir və bu münasibətlə 44 günlük Vətən müharibəsinə həsr edilmiş bir şeir təqdim edirəm.

 

Nigar Xiyavlı

ŞUŞANIN QARTALLARI

 

Gəl xeymə qur Xudayar!

Gözü yoldadır vətənin, qulağı səsdə,

Ürəyi xəstədır bu nigar

Yenə sisli bir gündə gəl,

Dumandan xeymə qur Xudayar!

 

Ey Xarıbülbülün alpərən səsi

Söylə körpələrin qulağına,

Söylə o itmiş adresi

Ey yurdumun tazə qanad qartalları

Qutlu olsun sizə, Şuşa`nın sıldırım qayaları

 

Ey igitlərin şahidi dağlar,

Danışın, usanmadan danışın söyləyin!

Söyləyin o sonsuz Xudayarları

O dumandan xeymə quranları

O bal gözlü balaları hər sabah günəşə söyləyin

Dan yeri ağaranda, bir daha tarixə söyləyin

Yağılar yığvasını toz kimi sovuranları söyləyin,

Söyləyin Savalana, söyləyin Araza Səhəndə

Söyləyin Xəzərdə süzən gəmilərin gizli xəzinəsinə

Söylənməmiş nə varsa söyləyin

 

Sən ey Şuşanın yeni doğmuş günəşi

Gəl bu evin güneylərində dolaş

Gör kiprigimin gür atəşində hər gün

Neçə min mirvarı suvarıram yavaş-yavaş

 

Gəl xeymə qur Xudayar!

Bu qız, bu vətən sənə əbədi bir Nigar!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.