“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeiriləri təqdim edilir.
Mehrinaz ABBAS
(Özbəkistan)
1995-ci ildə Özbəkistanın Nəmənqan vilayətinin Çartaq rayonunda anadan olub. Şairənin “Mən gəncliyəm”, “Ulduzrəng mahnı” adlı şeir kitabları çap edilib.
HƏVƏS
Kədərlər dünənki, hisslər sahibsiz,
Taleyinə dözüb çəkilir geri.
Ağaclar bir kübar xanımlar kimi,
Əlini sallayır, süstdür hissləri.
Yetim yarpaqları sürüyür külək,
Ev-eşiksiz yağış təntik küçədə.
Ədalətdən imiş payız – dərd fəsli,
Heç dözmək olarmı bu ədalətə?!
O payız ağaclar gözləməz şəfqət,
Bəzən həvəslərə dolar bu könlüm.
Nə çoxmuş itkinin haqqı-hörməti,
Necə gözəl imiş siz tapan ölüm.
Uyğunlaşdırdı: Rəhmət Babacan
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


