O, hər kəsə gərəkli olmağa çalışırdı Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov tədbirlərdən birində Arif Əmrahoğlu barədə ağızdolusu xoş sözlər danışdı, polkvnik heç vaxt heç kəsi boşuna tərifləməz, onun bu sözlərindən sonra məndə Arif Əmrahoğlu şəxsiyyətinə simpatiya yarandı.

 

Mərhum həqiqətən hır kəsin xüyrinə-.ərinə yarayan, çalışdığı idarədə hörmət bəslənilən biri olubdur. Bu gün onun doğum günüdür deyə biz də onu xatırlayırıq. Yaşasaydı, 71 yaşını qeyd edərdi.

Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlayıb. ADU-nun filologiya fakültəsində təhsil alıb. Zaqafqaziya komsomol məktəbini bitirib.

Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi, Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini, Prezident Aparatında milli siyasət şöbəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimi olub.

Ədəbi fəaliyyətə erkən başlayıb. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilib. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olub. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutub.

 

"Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləyib, fəal ictimaiyyətçi olub. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib. Bədii tərcümə ilə ardıcıl məşğul olub.

 

Əsərləri

1. Nəsrin poetikası (XIX əsrin II yarısı)

2. Sözə inam sabahımızdır.

3. Epik sözün bədii gücü.

 

O, 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.