Ədəbiyyat Fondunun Güney Azərbaycanın təbliği layihəsi davam edir Featured

Azərbaycan Ədəbiyyat Fondu 2 ildən artıqdır ki, Güney Azərbaycan Poeziyası və Prozası Antologiyası layihələrini icra etməkdədir. Bu müddət ərzində Arazın o tayında yazıb-yaradan yüzlərlə soydaşımızın yaradıcılığı barədə məlumat və yaradıcılığından nümunələr çoxminli oxucu auditoriyasına təqdim edilmişdir. Məqsəd güneyli soydaşlarımızın yaradıcılığına stimul vermək, bu yaradıcılığı həm də beynəlxalq platformalarda təbliğ etməkdir.

 

Layihənin koordinatoru: Əli Çağla, Təbriz

 

Növbəti təqdim edilələn yazar Təbrizdən Əmin Əhəryardır. Onun "Bu dənizlər hər bir kəsin hədiyyəsi" şeiri Güney poeziyasına xas xarakterik xüsusiyyətləri özündə əks etdirir: abstraksiya, alleqoriyalarla xalqın özgürlük duyğularının hüdudsuzluğunu əks etdirmək.



 Əmin Əhəryar

Təbriz

"Bu dənizlər hər bir kəsin hədiyyəsi"



Mən bir gün,

Dənizlərdən keçid verib

Balıqlara

Göyə uçmaq öyrədəcəyəm.

Uca, hündür o dağlara

Kəmər atıb

Qartalları

Sahillərə çəkəcəyəm.

Mənsə bir gün şəhərlərə

Qırmızı gül səpəcəyəm.

 

Qarğaları uzaqlara...

Gözdən itən

Çöllüklərə

Satacağam.

Qumlu-qumlu sahillərə

Əli açıq

Göylü şəkər.

Mavi bir quş dəvət edib

Rahat yaşam qatacağam...

Deyim bu gün

Bu dənizlər hər bir kəsin hədiyyəsi...

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.