İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O hadisə yaratmağı sevir. Adı tez-tez gündəm zəbt edir. Fərqlidir, sərbəstdir, azaddır. Hərdən bu azadlqı psevdoazadlığa çevrilir. Şairə, publisist Günel Mövluddan danışıram.
O, 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab"dır. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilib.
Tərcümələri
1. Viktor Pelevin. Omon Ra (roman).
2. Mariya Matios. Qiyamət günü (hekayə).
3. Tatyana Tolstaya. Sevimli Şura (hekayə).
4. Tatyana Tolstaya. Peters (hekayə).
5. Qabriel Qarsiya Markes. Yüz ilin tənhalığı (roman).
6. Haruki Murakami. Norveç meşəsi (roman).
7. Stendal. Qırmızı və qara (roman).
8. Vera Tulyakovanın xatirələri
9. Soljenitsin. İvan Denisoviçin bir günü
Filmoqrafiya
1. Yalan
2. Buqələmun
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)