İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan uşaq yazıçısı Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil alıb. O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə Ağdam rayonu Şelli-Qaradağlı kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini, "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru, İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olub.
Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir. (2007-ci ildən).
Dövri mətbuatda dərc edilən yüzlərlə publisistik yazının müəllifidir. Əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilib, bir çox mükafatlara layiq görülüb.
Əsərlərinə qoyulan tamaşalar
- Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında
- "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində
- "Melisa" əsəri əsasında eyniadlı "Melisa" tamaşası Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində
- “Sarışının sərgüzəştləri” adlı pyesi Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.
Tərtib və tərcümələri
1. Nağıllar
2. Üç tenqu və porsuq
3. İssumbosi
4. Dədə Qorqud, Azərbaycan və ingilis dillərində (Tərcümə T. Babanlı)
5. Nağıla bax, nağıla. 1-ci hissə
Dərs vəsaitləri
- Həyat bilgisi. Qiymətləndirmə testləri. 1-ci sinif
- Həyat bilgisi. Summativ qiymətləndirmə testləri.2-ci sinif
Kitabları
Çərpələng
Sarı qız, Dız və Vız
Qisas
Ağ xoruzun hekayəti
İpəkcənin macəraları
Qəribə kəndin nağılı
Bozqulaq və fəsillər
Ciya ilə iki gün
Heyvanlar
Fəsillər
Mükafatları və təltifləri
1. AYB-nin ən yaxşı uşaq əsərinə görə Tofiq Mahmud adına Mükafatı
2. "Yeni uşaq mahnıları — 2013" müsabiqəsində "Günəş" (Söz. Sevinc Nuruqızı, musiqi Məryəm Əlibəyli) mahnısı ilə 4-cü yer
3. Türkiyənin Azərbaycandakı Səfirliyinin AYB ilə birgə elan etdiyi "Çanaqqala — 100" müsabiqəsində şeir nominasiyası üzrə "Çanaqqala keçilməz" adlı poemasına görə 1-ci yer
4. "Qədim Bakıya səyahət" kitabına görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatı
5. "Qədim Bakıya səyahət" kitabı ilə Moskvada keçirilən Beynəlxalq Kitab Sənəti müsabiqəsində 1-ci yer
6. "Ədəbi Azadlıq — 2015" hekayə müsabiqəsində "Edam" hekayəsi ilə 2-ci yer
7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm, dram əsərləri" müsabiqəsində nəsr əsərləri üzrə 1-ci yer
8. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm, dram əsərləri" müsabiqəsində dram əsərləri üzrə 1-ci yer
9. "Azanfilm" studiyasının elan etdiyi "Mənim ideyam var" süjetlər müsabiqəsində kiçikyaşlı uşaqlar üçün "Qaz balası Qaqa" adlı süjetlər silsiləsi (20 hissədən ibarət) öz orijinallığı və müsabiqənin konseptinə uyğunluğu ilə müsabiqənin baş qalibi
10. Azərbaycan-Avropa Təşkilatının (TEAS) Böyük Britaniyadakı təmsilçiliyinin "KHOJALY LİTERARY PRİZE " müsabiqəsində "Xocalıya" poeması ilə 3-cü yer.
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)