Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi adına layiq olsa da dünyadan yalnız xalqın şairi kimi köçən Məmməd İsmayılı dünən doğulduğu dogma Əsrik kəndində - Tovuz rayonunda dəfn etdilər.
Məmməd İsmayıl dövrünün vətənpərvər şairi idi, ana barədə ən gözəl lirik parçalar müəllifi idi, 80-lərin sonu, 90-ların əvvəlində yetişən azadlıqsevər, millətsevər gənclərin “Gənclik” jurnalının baş redaktru olaraq ustadı idi.
Onun yeri daim görünəcək.
Allah qəni-qəni rəhmət eləsin ona.
Şairin şeirləri çox sevilir. Xüsusən, onlardan biri günümüzlə çox səsləşir. Şairin taleyinə yazılanlarla necə də səsləşir bu şeiri.
“Ağacdələn, döy qapımı, döy, görüm” adlanan bu şeiri sizlərə paylaşmaq istəyirəım.
Məmməd İsmayıl
Ağacdələn, döy qapımı, döy, görüm
Yol azmısan bu payızın çәnindә
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә
Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qәlbi kiriyib?
Hәyәtini qara yellәr kürüyüb
Başımıza nәlәr gәlir qoy görüm.
Haçanacan gözlәmәyә gәlmisәn?
Yoxsa mәnә söz demәyә gәlmisәn?
Ya borcunu istәmәyә gәlmisәn?-
Öz dilindә ünvanımı söy görüm.
Mәn dünyaya ata, ana borcuyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircә cana borcluyam,
Özgә nәyә, taraq-taraq say görüm.
Bulaq kimi batan bәxti açılmaz,
Hәr iğidin atam, bәxti açılmaz...
Hәlә yatır, yatan bәxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.
Eldәn ayrı ömür olmaz, gün olmaz,
Eli sevәn ürәklәrdә kin olmaz.
Nәdәn Araz arzularım çin olmaz
Haçanacan yuxularda çay görüm?
Avand işim nәhsә düşüb deyәsәn,
Vaxt mәnimlә bәhsә düşüb deyәsәn.
Qulaqlarım sәsә düşüb deyәsәn,
Şimşәk çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümәdә taxda, bax.
O taxtada ovxam olan vaxda bax.
İnad olub nә döyürsәn baxda-baxt,-
Açılmayan düyünlәri duy görüm.
Elә yanır döyüşlәrin yanğısı
Nә tәsәlli söndürәcәk, nә dә su.
Mәnim qapım Yer üzünün qapısı
Ağacdәlәn, döy qapımı, döy görüm,
Başımıza nәlәr gәlir goy görüm...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)