İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qazaxın Yuxarı Salahlı kəndi Azərbaycan mədəniyyəti xəzinəsinə Molla Pənah Vaqif və Səməd Vurğun kimi iki inci bəxş etmişdir. Səməd Vurğunun isə iki dahi davamçısı var – Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlu.
Bu gün Yusif Səmədoğlunun anım günüdür.
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub.
Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilib.
"Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz” jurnalının baş redaktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifi olub. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.
Əsərləri:
Qətl günü, Xəzri, Yaddan çıxmış sözlər, Gözlər, 220 №-li otaq, Güllər, Saat işləyir, Simurq quşu, Qalaktika, Soyuq daş, Beşik, 46-cı ilin oyunları, Foto-fantaziya, Astana, Bayatı-Şiraz, İncə dərəsində yaz çağı.
Filmoqrafiya:
- Axırıncı maqın sonu
- Azərbaycan SSR
- Böyük tamaşa
- Cəlil Məmmədquluzadə
- Çiçək yağışı
- Dostluq məşəli
- Səməd Vurğun
- Foto "Fantaziya"
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Şöhrət" ordeni
- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı
İctimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilib. Filmin Rejissoru Namiq Ağayevdir.
Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.08.2025)