Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
1968-ciilinavqustayının 8-də KəlbəcərrayonununZülfüqarlı kəndində dünyayagəlib. 7-8 yaşı olandaatasınınişiilə əlaqədarMingəçevirə köçüblər. Birmüddətburadayaşadıqdansonravalideynlərinintəkidiilə yenidənZülfüqarlı kəndinə dönübvə nənəsininnəzarətialtındayaşayıb, yamortatəhsilinidə bukənddə başavurub. Sonraikiilsovetordusundaxidmətedib. Ordudanqayıtdıqdansonraisə Bakıya üztutub.
O, burada Azərbaycan Futurologiya Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Junralist kimi fəaliyyətə isə "Mingəçevir işıqları" qəzetində başlayıb. 1989–1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində reportyor və hərbi reportyor kimi çalışıb.
Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoreportajları ilə tanınıb. Birinci Qarabağ Müharibəsində qaynar nöqtələrdə reportyor kimi fəaliyyətini davam etdirib.
1993–1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetinin qurucusu və baş redaktoru olub. 1999-2001-ci illərdə “Bizim Əsr” qəzetinin baş redaktoru, 2003-2006-cı illərdə Lider TV-nin Xəbərlər və ictima-siyasi proqramlar xidmətinin rəhbəri, "Azərbaycan" redaksiyasının baş redaktoru, 2006-2008-ci illərdə Region TV-nin Bakı Studiyasının icraçı direktoru, 2008-2012-ci illərdə AzTV-nin "Xəbərlər" Studiyasında direktor müavini, 2012-2015-ci illərdə ATV-nin Xəbərlər və İctimai-siyasi proqramlar üzrə vitse-prezidenti, 2015-2017-ci illərdə AzTV-nin İnformasiya Proqramları Studiyalarının baş direktoru, 2018-2020-ci illərdə isə Azərbaycan Respublikası Dağlıq Qarabağ İcmasının media-kommunikasiya üzrə baş məsləhətçisi vəzifələrində çalışıb.
Hal-hazırda ədəbi fəaliyyətlə məşğul olmaqla bərabər, Yenisi Ədəbiyyat və Mədəniyyət Təzahürləri İB İdarə Heyətinin sədridir...
Deyir ki:- “Universitetin üçüncü kursunda təhsil alarkən Sovet İttifaqı dağıldı, Qarabağ müharibəsi başladı. Buna baxmayaraq mən həm təhsilimi davam etdirdim və həm də müxtəlif qəzetlərdə müharibə müxbiri kimi çalışdım. Bütün döyüş meydanını keçdim, ölümlə üz-üzə qaldım, qəzaya düşdüm, güllə yarası aldım. Müharibədən sonra həm jurnalist, həm də yazıcı kimi karyeramı davam etdirdim. Ədəbiyyata ilk marağım orta məktəbdə tarix müəllimim olan böyük qardaşımın sayəsində başladı. Evimizdə həm rus, həm də Azərbaycan türkcəsində yaxşı kitabxanamız var idi. “Dünya uşaq ədəbiyyatı” silsiləsindən xoşum gəlirdi. Əvvəl 5-ci sinifdə oxuyarkən Jül Verninin “Kapitan Qrantın uşaqları” romanını, Dostoyevskinin “Netochka Nezvanovna”sını oxudum, sonra başqa kitablara keçdim, Cek Londonun “Martin İden”i məndə xüsusi təsir oyatmışdı. Daha sonra yerli yazıcılardan Anarın, Əkrəm Əylislinin əsərləri ilə tanış oldum...”
Haqqında söhbət açdığım yazıçı Məqsəd Nurun əsərləri Azərbaycanın bir çox mətbu orqanlarında, ədəbi nəşrlərdə, o cümlədən digər ölkələrdə dərc edilib. "Tərs kimi" hekayələr toplusu, "Şəhər Meri" romanı, "Oliqarxın alaçığı" roman və silsilə hekayələr kitablarının müəllifidir. "Şəhər Meri" romanı Milli Kitab Mukafatının və "Ədəbi Azadlıq" Müsabiqəsinin qalibidir. "Şəhər Meri" romanı bir neçə əcnəbi dilə tərcümə olunaraq Gürcüstan, Türkiyə və İran kimi digər ölkələrdə ayrıca kitab şəklində nəşr olunub. Bu roman həmçinin Ukraynanın "Vsesvit" jurnalında, Rusiyanın "Nezavisimaya qazeta"sında da dərc edilib...
“Düşünürəm ki, Sovet İttifaqı dövrü tarixin ən qaranlıq səhifələrindən biridir. Biz o qaranlıq səhifənin içindəydik. Orda saxlanmışıq. Xatirələrimiz, yaxşı-pis uşaqlıq həyatımız o dövrlərdə keçdi. O qaranlıq səhifələrə belə yaxınlaşmaq ədəbiyyat üçün asan deyil. Xüsusən də Brejnev və Qorbaçov dönəmləri çox maraqlı, sehrli, qaranlıq və bir-birinə tamamilə ziddir. Mən o dövrün hər ikisini yaşamışam. Biri tənəzzüllə dolu, digəri tamamilə dinamik, dəyişkəndir. Bu dünyalar fərqlidir, sizi qapalı, sakit və sakit dünyadan göz qırpımında istidən soyuğa düşən kişilər kimi heç vaxt təsəvvür etmədiyiniz mürəkkəb, dinamik bir dünyaya atırlar. Gecə yatırsan, səhər duranda anlayırsan ki, sənin ölkən, vətəndaşlığın, dövlətin yoxa çıxıb. Və hər şey gözünüzün qabağında dağılır. Yaxşı, bu səpələnmənin altında qalan insanların həyatını kim yazacaq? Halbuki bu dövr ədəbiyyatın problemidir. Ona görə də sadəcə olaraq “Şəhər Meri” ilə ora yaxınlaşmağa çalışdım.”- söyləyir.
Ağıllı, mərd, çevik və yaradıcı xüsusiyyətləri ilə tanınır. Hər işin öhdəsindən asanlıqla gələ bilir. İstiqanlı, mehriban və fədakar insandır. Pulla bağlı məsələlərdə comərd davranır, riskli işlərdən zövq alır. Onun azadlıqsevər təbiəti, həyatda öz yolunu seçmək arzusunu ön plana çıxarır. Cəmiyyətin nə düşündüyünü nəzərə alsa da, hər zaman öz qaydaları ilə hərəkət edir. Liderlik xüsusiyyətləri var. Özünə inam baxımından digər insanları geridə qoyur. Vicdanlı və ürəyiyumşaq birisidir. İnsanlara kömək etmək, onların rahatlığını təmin etməyə həvəslidir. Bununla yanaşı, o, davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə meyillidir...
Deyir ki:- “Türk ədəbiyyatı mənim ədəbiyyatım deməkdir. Ancaq yeni çıxan türk yazarların kitablarına çata bilmirəm. Son vaxtlar İmdat Avşarı, Ahmet Yıldızı, Faruk Dumanı, Hasan Özkılıçı, Arzu Baharı “Alakarga” nəşriyyatı vasitəsilə oxumuşam. Düşünürəm ki, onların ədəbi sənayesi var, amma çağdaş türk ədəbiyyatında münasibətlər xaotikdir. Daha çox tərcümələr edilir. Bizim 60-70-ci illərdə oxuduğumuz rus ədəbiyyatına heyranlıq görürrəm. Hesab edirəm ki, Azərbaycanda türk mədəniyyəti və ədəbiyyatı üçün insanların diqqətini cəlb edəcək faydalı layihələr azdır. Türkiyəni təkcə siyasi və iqtisadi sahədə qardaş ölkə, seriallar çəkən və satan bir ölkə kimi deyil, dərin mədəniyyətə malik teatr, klassik musiqi, incəsənət və ədəbiyyat ölkəsi kimi tanımağımız da çox vacibdir...”
Maliyyə məsələlərində çox əliaçıqdır. Buna görə də gələcək naminə investisiya qoymaq, pul yığmaq onun üçün çətindir. Rahatlığını heç nəyə qurban vermir. Həm özünü, həm də ətrafdakı insanları yaxşı yaşatmaq üçün çox çalışır, əzmkardır. Hamı onu ağıllı, zarafatcıl və enerjili şəxs kimi tanınır. Düşdüyü hər mühitdə diqqət çəkir, yaradıcı düşüncəsi və hadisələrə unikal yanaşması ilə ətrafına təsir göstərir. Bir sözlə, insanlarla ünsiyyətdə uğurları və problemlərə qeyri-ənənəvi həll yolları tapmaq qabiliyyəti ilə tanınan bu insan, sosial həyatında hər zaman ön planda olur. Bəli, o, cazibədar xarakteri və ağıllı yanaşması ilə ətrafdakıları ovsunlamağı bacarır...
“Düşünürəm ki, bizdə kifayət qədər istedadlı yazıçılar var. Bizim dünyanı fəth edə biləcək müasir ədəbiyyatımız var. Amma son illərdə oxuduğum yazarların adlarını belə sadalaya bilərəm: Səfər Alişarlı, Rafiq Tağı, Səlim Babullaoğlu, Qismət, Rasim Karaca, Azad Qaradərəli, Həmid Herisçi, Elçin Hüseynbəyli, Vəli Əkbər, Mahir Mehdi, Rauf Qaraişıq, Səxavət Sahil, Seymur Baycan, Şəhiyar Del Gerani, Cəlil Cavanşir, Müşfiq Xan, Vüqar Əlisoy, Fərid Hüseyn, Qan Turalı, Nicat Həşimzadə, Sərdar Amin, Kənan Hacı, Aysel Əlizadə, Oktay Hacımusali, Bəxtiyar Firuzə, Mubariz Cəfərli, Mübariz Örən, Günel Mövlud, İlqar Rəsul, Şərif Ağayar, Pərviz Cəbrayil, Kəramət Büyükçöl, Nərmin Kamal, İlham Əziz, Ayxan Eyvaz. Son zamanlar Akşin Yeniseyin həm yazıçı, həm də bir aydın kimi ziyalı və ədəbi səylərini çox yaxşı bilirəm.”- söyləyir.
Düşünür ki, Türkiyə-Azərbaycan dil birliyinin yaradılması məsələsi sözdə yox, əməldə vacibdir. İstəyir ki, Azərbaycan dili anlayışı 1936-cı ildə Stalinin bizdən aldığı türk kimliyinə qayıtsın. Ümumiyyətlə, Məqsəd Nur deyəndə, ilk növbədə adamın gözlərində mərd, çılğın, istedadlı, səxavətli, diribaş, ağayanə, necə deyərlər, heç kimin qabağında əyilməyən bir Azərbaycan kişisi obrazı canlanır. O, rəhbər vəzifələrdə işləyərkən tabeliyində olan adamları səhvlərinə görə özü tənbeh etsə də, heç zaman kiməsə satmayıb. Heçdən nəsə yaratmağı bacarır. Dostluqda sədaqətli və dəyanətlidir. Necə deyərlər, dost yolunda canından da keçməyə hazırdır...
Avqustun 8-i Məqsəd Nurun 57 yaşı tamam oldu, yeni yaşa adladı. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Allah yaxşı kişiləri qorusun!
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)