İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən – Məhsəti Gəncəvidən üzü bəri yazar qadınlarımız kişi yazarlara meydan oxuyublar. Tanınmış qadın yazarlardan biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələviyyə Babayeva olub.
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb.
Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A. Qaydarın "Uzaq ölkələr", V. Biankinin "İz ilə", "Ayı balası", "Qırmızı təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alnmış uşaqlar", Y. Sotnikin "Əcaib quş", V. Astafyevin "Ulduz xəzanı", Y. Çaruşinin "Nikitanın oyuncaqları" və b. onun tərcüməsində kütləvi tirajla çap olunub.
"Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.
Kitabları
- Mənim müəlliməm
- Hekayələr
- Tək ağac
- Kənd yolları
- Payızda
- Mən tək deyiləm
- Kənd yollarında səyahət
- Kölgə
- Tut ağacı
- Süsənsünbül
- Hörüklər
- Povestlər
- Adamlar və talelər
- Böyürtkən mürəbbəsi
- Sehrli pillələr
- Səni axtarıram
- Küləyin tərkin
Filmoqrafiya
- Dınqıl, sazım, dınqıl
- Sehrlənmiş küpə
Mükafatları
- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ələviyyə Babayeva 23 sentyabr 2014-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)