“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadədən danışaq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün onun doğum günüdür, ömrünün 83-cü baharına qədəm qoyur. Onun - “Azərbaycan” jurnalının baş redaktorunun, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsünün,  sovet dönəminin məşhur şairi Qasım Qasımzadənin oğlunun - İntiqam Qasımzadənin.

 

İntiqam Qasımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olub. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb.

Hazırda həmin jurnalın baş redaktorudur.

 

Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirib. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilib.

 

Tərcümələri

- ruscadan

1. Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət

2. Şandor Rado. Dora

3. Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər)

 

Filmoqrafiya

1. Axırıncı aşırım

2. Bəstəkar Cahangir Cahangirov

3. Bir anın həqiqəti

4. Daşkəsən

5. Dərvişin qeydləri

6. Ən vacib müsahibə

7. Fitnə

8. Həyat bizi sınayır

9. Xəzinə

10. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev

 

Mükafatları

 

- Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı

- "Əməkdar incəsənət xadimi" fəxri adı

- 2013-cü ilin mayında Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülüb.

- 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.