İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Unutmayacağımız daha bir sənətkar – teatr və kino yerini verir ədəbiyyata, belə ki, bu gün bir ədədbiyyat xadimi barədə danışacağıq. Şair, tərcüməçi və ədəbiyyatşünas Ənvər Əhməd barədə. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri olaraq ortaya çox sanballı fəaliyyət qoyubdur.
Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.
"Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi, sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib.
Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub.
Qeyd etdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib. Bədii tərcümə ilə ciddi məşğul olub.
Kitabları
1. Nəslimiz
2. Anamın izləri
3. Sevgi yurdu
4. Sevgi cavan qalır
5. Oğullar və qartallar
6. Sağlıq olsun
7. Kəfənim qandan biçilər
8. M. Ə. Sabir poetikasının bəzi cəhətləri
9. M. Ə. Sabirin poetikası
10. Od qanı
17 fevral 2022-ci il tarixində Ağcabədi rayonunda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.08.2025)