Gürcü koloriti ilə Azərbaycan ənənəsinin miksi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hekayələri, povest və romanları Azərbaycanda oxunur, bəyənilir. Bu əsərlərdə gürcü koloriti güclüdür, hətta bəzən gürcü açıq-saçıqlığına da geniş yer verilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü İmir Məmmədli. Bu gün onun doğum günüdür.

 

İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonununda anadan olub. Orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. 1980-ci illərdə Tbilisiyə köçüb və 1985-ci ildən 1990-cı ilədək Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışıb.

1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir, Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədri olub.

2004-cü ildən 2019-cu ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışıb.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlayıb. Azərbaycan və gürcü dillərində yazıb yaradıb. Yeddi orijinal, 10-dan çox tərcümə edilən kitab müəllifidir. Onun ssenariləri əsasında 9 bədii film çəkilib; bunlardan bir tammetrajlı bədii film və 5 serialı bədii film Dövlət sifarişi ilə, bir tammetrajlı film isə türk kinematoqrafçıları tərəfindən ekranlaşdırılıb; Dörd pyesi Azərbaycan teatrlarında səhnələşdirilib.

Şota Rustavelinin "Pələngdərili cəngavər" poemasını ilk dəfə orijinaldan Azərbaycan dilinə poetik tərcümə edib. Məhəmməd peyğəmbərin kəlamlarını, Yunus İmrənin şeirlər toplusunu, Aşıq Ələsgərin əsərlərini, Çağdaş Azərbaycan nəsrnin antologiyasını, İsa Muğannanın Povest və Yekayələr toplusunu və müasir Azərbaycan poeziyasından nümunələri gürcü dilinə çevirib.

Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü, Dünya Azərbaycanlılarının I qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib.

 

Xidmətlərinə görə bir çox dövlət və ədəbi mükafatlara layiq görülüb:

- Azərbaycan Respublikası Prezident mükafatçısı

- Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan müsabiqənin xüsusi mükafatçısı

- Gürcüstan Dövlət mükafatı laureatı

- "Maçabeli" mükafatı

- Tbilisi Sədaqət medalı

- "Şərəf" ordeni

- Yazıçılar Birliyinin "UGART" mükafatı laureatı

 

Kitabları

1. Qışda danışılan yay əhvalatları

2. Bir novella, bir pyes

3. İmirə dediklərim

4. Kişilərə mesaj

5. İstəsəm də istəməsəm də

6. Novellalar

7. Qapı

8. Günorta

9. Aha

10. Baş tutmayan bayram (gürcü dilində)

11. Gürcüstan ozan nəğməsi (gürcü dilində)

12. Şairin yüz şeiri (gürcü dilində)

13. Fikir sayğacı (gürcü dilində)

 

Dram əsərləri

 

- Açar (komediya)

- İşıq tozu (psixoloji komediya)

- Çarə (dramma)

- Oğru doğru (komediya)

 

Tərcümələri

 

- Şota Rustaveli – Pələngdərili cəngavər

- Yunis İmrə — şeirləri

- Məhəmməd peyğəmbərin kəlamları

- Aşıq Ələsgər – şeirləri

- Vaqif Səmədoğlu şeirləri

 

Filmoqrafiya

 

1. Balqabaq

2. Azarkeş

3. Qovğalı kəndinin gecələri

4. Sovqat

5. Gəl təzədən evlənək

6. Köşk

7. Horoz bayram

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.