Xəyal Rzanın Şuşada oxuduğu şeir Featured

Şuşada, Vaqif Poeziya Günlərində şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuatkatibi Xəyal Rza bir şeir oxudu. Şuşaya həsr edilmiş bu şeir böyük rəğbətləqarşılandı. Buyurun, siz  onunla tanış olun.

 

 

Göyün on yeddinci qatıdı bura!

On yeddi məhəllə...

On yeddi hamam...

On yeddi məscid...

Bir  kisəçi Məcid.

Ruhu dağıdılmış məzarlar kimi pərişan

ürəyi güllələnmiş heykəllər kimi şan-şan.

 

Göyün on yeddinci qatıdı bura!

On yeddi məhəllə...

On yeddi hamam...

On yeddi məscid...

Odur e, kisəçi Məcid 

ruhunu çimdirir,

xəyallarınl kisələyir.

Allaha yalvarıb, fələyi pisləyir!

 

Göyün on yeddinci qatıdı bura!

On yeddi məhəllə...

On yeddi hamam...

On yeddi məscid...

 binəva Məcid.

Əvvəl yaşamaq üçün arzuladığı şəhəri

indi ölmək üçün arzulayır...

Yenə Allaha yalvarır,

fələyi danlayır...

 

Göyün on yeddinci qatıdı bura!

On yeddi məhəllə...

On yeddi hamam...

On yeddi məscid...

 bir  rəhmətlik Məcid...

Göyərti əkmişdi

sovetskidə məskunlaşdığı evin damında...

Heç  bitmədi, hər şey bitdi 

Ürəyi partladı Firuzə hamamında

 

Göyün on yeddinci qatıdı bura!

On yeddi...

On yeddi...

On yeddi...

Dirilər ölüdü,

ölülər diri...

Fələyə deyinməyə,

Allaha sevinməyə,

 məscid var,  Məcid!

 

Ədəbiyyat  invəsənət

(28.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.