GAP Antologiyasında Sevər Şəhabinin “Alzaymer” şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Sevər Şəhabidir.

 

Sevər Şəhabi

Təbriz

 

ALZAYMER

 

Yerlə göyün arasında,

Yıxılıb yatmağım gəlir.

Nə göylərə ulaşmağım,

Nə yerə batmağım gəlir.

 

Bu dünyanın binasını,

O dünyanın anasını,

Hurisini, sonasını,

Müftəyə satmağım gəlir.

 

Buraxıb etdiklərimi,

Qaytarıb yediklərimi,

Unudub dediklərimi,

Alzaymer(1) tutmağım gəlir.

 

(Alzaymer – Altsheymer müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir)

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.