Tarixi romanlar ustası Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Bəli, məhz tarixi rmanlar ustası - Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Bərgüşad ədəbiyyat tariximizə belə düşübdür. Bu gün onun anım günüdür.

 

O, 1924-cü il iyunun 22-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Orta təhsilini Qubadlı rayonunun fəhlə-gənclər məktəbində alıb, II dünya müharibəsində iştirak edib, ağır döyüşlərin birində kantuziya aldığına görə tərxis edilib. Bundan sonra Qubadlı rayon Daxili İşlər şöbəsində VVAQ müdiri işləyib. Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunub.

 

1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyib. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. (Suren Adamyan silinsə yaxşı olardı).

"Babək" əsəri Tehranda farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.

Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni və medallarla təltif edilib.

 

Kitabları

 

- Gələcəyi yaradanlar (oçerklər)

- Təzə gəlin (hekayələr)

- Toydan sonra (hekayələr)

- Bozatın belində (tarixi roman)

- Dərilməmiş salxımlar (hekayələr)

- Sıyrılmış qılınc (tarixi roman)

- Şərq çiçəyi

- Dünyada nələr gördüm

 

O, 1996-cı il iyulun 9-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.