Frans Kafkanı göründüyündən daha böyük edən nədir? Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Franz Kafka (1883–1924) — 20-ci əsrin ən məşhur və təsirli yazıçılarından biridir. O, Avstriya-Macarıstan imperiyasının tərkibində olan Praqada 3 iyul 1883-cü ildə  doğulub və alman dilində yazıb.

 Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi olub. Modern ədəbiyyatın əsas simalarından sayılıb. Onun əsərlərində absurdluq, qərarsızlıq, yadlaşma və insanın sistem qarşısında gücsüzlüyü kimi mövzular ön plandadır.

 Milena Yesenkaya çex dilində yazdığı bir neçə məktubdan başqa Kafkanın bütün nəşr olunan əsərləri alman dilində yazılıb. Əsərlərinin çox azı onun sağlığında nəşr olunub və az ictimai diqqət alıb.

 Kafka romanlarının heç birini tamamlamayıb və əsərlərinin 90%-ni yandırıb. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv edib. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənib. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırıb, onu ailəsindən daha yaxın gördüyünü bildirib.

Kafka'nın ən yaxın dostu və ədəbiyyat aləminə tanıdılması üçün ən çox çalışan şəxs Max Brod olub.

Max Brod onun ölümündən sonra əlyazmalarını yandırmaq əvəzinə çap etdirərək bütün dünya ədəbiyyatına təqdim edib.

Kafka özü Brod’a vəsiyyət etmişdi ki, bütün yazılarını yandırsın, amma Brod bu istəyə əməl etməyib — və əgər o bunu etməsəydi, Kafka bu gün bəlkə də tanınmazdı.

 

 Ən tanınmış əsərləri bunlardır:

1. "Metamorfoz" (Die Verwandlung, 1915)

Əsas ideya: Baş qəhrəman Gregor Samsa bir səhər oyandıqda özünü nəhəng bir həşərat olaraq tapır.

Temalar: Yadlaşma, ailə münasibətləri, sosial təcrid.

2. "Prosess" (Der Prozess, ölümündən sonra 1925)

Əsas ideya: Josef K. adlı bir şəxs günahsız olduğu halda naməlum səbəblə həbs olunur və bürokratik sistemin içində itib-batır.

Temalar: Hüquqsuzluq, absurd ədalət sistemi, varoluşsal narahatlıq.

3. "Qəsr" (Das Schloss, 1926)

Əsas ideya: K. adlı bir şəxs bir qəsrə çatmağa çalışır, amma sistemli maneələrlə qarşılaşır.

Temalar: Bürokratiya, məna axtarışı, yadlıq.

4. "Aclıq sənətçisi" (Ein Hungerkünstler, 1922)

Qısa hekayələr toplusudur. Eyni adlı əsas hekayədə aclıq sənəti və tamaşaçı münasibətləri təsvir olunub.

Temalar: Sənət və cəmiyyət, qavrayış və anlaşılmazlıq.

 

Frans Kafka 3 iyun 1924-cü ildə vəfat edib. Ölümündən sonra məşhurlaşıb və günümüzdə populyarlığı davam etməkdədir.

Onu Azərbaycanda da sevir, yaradıcılığı təbliğ edilir, kitabları dönə-dönə çap olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.