Məşhur şeirin yazılma səbəbi Featured

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Unudulmaz Xalq şairimiz Vaqif Səmədoğlunun məşhur şeirinin atamın – dövrünün tanınmış ədəbiyyatşünası İmmaverdi Əbilovun arxivində qorunan nadir əlyazmasını görürsünüz şəkildə.

 

...Bu məşhur şeirin yazılma səbəbi barədə Vaqif Səmədoğlunun özünün yazdıqları:

"...Moskvada heykəltəraş Sidurun emalatxanasında Nazimin (Nazim Hikmətin – red.) məzar daşının necə olması üstündə məsləhətləşərkən yaxın dostu Rəsul Rza: "Məzar üstündə yalnız ayaq izləri olsun, "bu dünyadan bir Nazim keçdi" duyğusunu oyandırsın" -dedi.

Belə də etdilər. O zaman bir şeir yazdım:

    

                 Məzarıma

                 nə başdaşı qoyun,

                 nə heykəl...

                 Bir cüt ayaqqabı qoyun,

                 ayağı yalın geyib getsin".

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.