Azərbaycanda Frans Kafka sevgisi, sizcə nədən qaynaqlanır? – DAHİ YAZARIN DOĞUM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bizdə təsirə düşmək anlamı geniş yayılıb. Savadları yüksək olan mütaliəsevərlər, tutalım, Kafkanı tərifləyibsə, musiqi azmanları Şopenə tərif vurubsa, mütləq orta statistik kitabsevər və musiqisevər də öz zövqününün ziddinə belə gedərək bu adları sadalayır. Bu yaxınlarda bir xanım sorğuda ən çox sevdiyin yazıçılar bəndinə Elxan Elatlı və Kafka cavabını yazmışdı. Elə bil, sənə sual verirlər ki, hansı havanı xoşlayırsan. Deyirsən, isti və soyuq havanı. Ay başına dönüm, bunlar axı antonimlərdir?

 

Franz Kafka (1883–1924) — 20-ci əsrin ən məşhur və təsirli yazıçılarından biridir. O, Avstriya-Macarıstan imperiyasının tərkibində olan Praqada doğulmuşdur, Çexiyanın paytaxtında və alman dilində yazırdı. Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi idi.

Modern ədəbiyyatın əsas simalarından sayılır. Onun əsərlərində absurdluq, qərarsızlıq, yadlaşma və insanın sistem qarşısında gücsüzlüyü kimi mövzular ön plandadır. 

Milena Yesenkaya çex dilində yazdığı bir neçə məktubdan başqa Kafkanın bütün nəşr olunmuş əsərləri alman dilində yazılmışdır. Əsərlərinin çox azı onun sağlığında nəşr olunmuş və az ictimai diqqət almışdır.

Kafka romanlarının heç birini tamamlamamışdır və əsərlərinin 90%-ni yandırmışdır. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv etmişdir. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənmişdir. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırmış, onu ailəsindən daha yaxın gördüyünü bildirmişdir.

Kafka'nın ən yaxın dostu və ədəbiyyat aləminə tanıdılması üçün ən çox çalışan şəxs Max Brod olmuşdur.

Max Brod onun ölümündən sonra əlyazmalarını yandırmaq əvəzinə çap etdirərək bütün dünya ədəbiyyatına təqdim etdi.

Kafka özü Brod’a vəsiyyət etmişdi ki, bütün yazılarını yandırsın, amma Brod bu istəyə əməl etmədi — və əgər o bunu etməsəydi, Kafka bu gün bəlkə də tanınmazdı.

 

 Ən tanınmış əsərləri bunlardır:

 

1. "Metamorfoz" (Die Verwandlung, 1915)

 

Əsas ideya: Baş qəhrəman Gregor Samsa bir səhər oyandıqda özünü nəhəng bir həşərat olaraq tapır.

Temalar: Yadlaşma, ailə münasibətləri, sosial təcrid.

 

2. "Prosess" (Der Prozess, ölümündən sonra 1925)

 

Əsas ideya: Josef K. adlı bir şəxs günahsız olduğu halda naməlum səbəblə həbs olunur və bürokratik sistemin içində itib-batır.

Temalar: Hüquqsuzluq, absurd ədalət sistemi, varoluşsal narahatlıq.

 

3. "Qəsr" (Das Schloss, 1926)

 

Əsas ideya: K. adlı bir şəxs bir qəsrə çatmağa çalışır, amma sistemli maneələrlə qarşılaşır.

Temalar: Bürokratiya, məna axtarışı, yadlıq.

 

4. "Aclıq sənətçisi" (Ein Hungerkünstler, 1922)

 

Qısa hekayələr toplusudur. Eyni adlı əsas hekayədə aclıq sənəti və tamaşaçı münasibətləri təsvir olunur.

Temalar: Sənət və cəmiyyət, qavrayış və anlaşılmazlıq.

 

Frans Kafkadan danışmışkən, sonda yazıçı Varisin bir xatirəsini qeyd etmək istəyirəm. O, Praqada olarkən Kafkanın ev muzeyinin harada yerləşdiyini yerli çex gənclərindən soruşur. Amma heç kəs Kafkanın kim olduğunu biimir. Təəccüblənmiş yazıçımız onlara söyləyir ki, ay sizin başınıza dönüm, Siz özünüzünkünü tanımırsınız, amma bizdə dolmabükən Pakizə arvaddan tutmuş qəbirqazan Mürvət kişiyədək hamı Kafkanı tanıyır axı!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.