MƏKTƏBLİ YARADICILIĞI – Əlibala Rəmzinin qəzəli Featured

Əlibaba Rəmzi Bakı şəhərində yerləşən Elçin Şəmiyev adına 149 saylı məktəbin şagirdidir. Məktəbdə də, elə yaxın ətrafında da hamı onu yeniyetmə qəzəlxan şair

kimi tanıyır. Onun yaradıcılığından bir nümunə yayımlayaraq Əlibalaya dərslərində və yaradıcılığında uğurlar arzulayırıq.

Yeri gəlmişkən, “Oldu” adlı bu qəzəli sizlərin də bəyənəcəyinizə əminik.

 

                                Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 OLDU

 

Ey yar, vəfadan ürəyin, bixəbər oldu,

Eşqində nəsibim, gecə-gündüz kədər oldu.

 

Bir qətrəcə rəhm eyləmədin sən mənə, zalim,

Gözyaşım, aman, ayrılıqından xəzər oldu.

 

Vaiz, bizi niran ilə qorxutmaq, əbəsdir,

Hicr atəşi aşiqlərə, ondan betər oldu.

 

Bil qədrini ömrün, yaşayıb eşq ilə hərdəm,

Bir ömr ki sərf olmadı eşqə, hədər oldu.

 

Rəzmi, gərək eşqində fədəkar ola aşiq,

Cananına can verdi kim, əhli-hünər oldu!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.