Naxçıvanda kitabxana istifadəçiləri üçün münbit şərait yaradıldı Featured

Muxtar Respublika Kitabxanasının iş saatları tələbələrin tələbatına uyğun olaraq yeniləndi

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Mədəniyyət beşiyi olanNaxçıvan Muxtar Respublikasında kitab sevgisinin barometri olaraq kitabxanalara olan kütləvi marağı göstərə bilərik.

 

Naxçıvan Muxtar Respublika Kitabxanası buna qədər saat 20:00-a kimi fəaliyyət göstərirdi. Lakin son dövrlər kitabxanaya müraciət edən oxucuların, xüsusilə də tələbələrin sayı xeyli artmışdı. Tələbələrin dərs saatlarından sonra, eləcə də imtahan və sessiya dövrlərində kitabxanadan rahat istifadə etmək istəyi iş rejiminin dəyişdirilməsini zəruri etmişdi.

Bu səbəbdən də Naxçıvanın Mədəniyyət Nazirliyi lazımi korrektələr etdi, noyabrın 13-dən etibarən Naxçıvan Muxtar Respublika Kitabxanası bazar ertəsi istisna olmaqla, şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək, digər günlər isə saat 09:00-dan 22:00-dək fəaliyyət göstərir.
Yeni iş saatlarının müəyyənləşdirilməsi oxuculara kitabxanadan uzun müddət istifadə etmək, xüsusilə də gənclərə və tələbələrə kitabxana xidmətlərindən daha rahat yararlanmaq imkanı yaradacaq, kitabxana müasir informasiya və mədəniyyət mərkəzi kimi fəaliyyətini gücləndirəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.