“Sumqayıt həmyaşıdım, ikinci vətənimdir” - MÜSAHİBƏ Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

Şair, publisist Süleyman Məsi oğlu Hüseynov 1949-cu ildə Lənkəran rayonu Boladi kəndində anadan olubdur. 1966-cı ildən Sumqayıt şəhərində yaşayır.  Azərbaycan Neft və Kimya inistitunu (hazırkı ADNA), Moskva Xalq Təsərrüfatı Akademiyasını bitiribdir. İxtisasca kimyaçı-mühəndis, texnoloq, həm də top-menecerdir.

Ədəbi yaradıcılığa ötən əsrin 71-ci illərində başlayıbdır. “Bir həzin nəğmə”, “Ana baxışları”, “Qəlb harayı”, “Öz yolumla gedirəm”, “And”, “Taleyim mənim”, rus dilində "Projit bı tak", "Yesli ya ne vernus", "Meç pravosudiya", “Klyatva” adlı kitabları oxucuların ixtiyarına verilib, maraqla qarşılanıbdır. Yüzə yaxın şeirinə musiqi bəstələnibdir.

Sumqayıtda bir çox iri müəssisədə məsul vəzifədə çalışıbdır. Şəhər Sovetinin deputatı seçilibdir. “Tərəqqi” medalı ilə təltif edilibdir. Prezident mukafatı alıbdır. "Qılınc və qələm" Beynəlxalq ədəbi mükafatına layiq görülübdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. AYB-nin XIII qurultayının nümayəndəsi olubdur. 2006-cı ildə AYB-nin katibliyinin qərarı ilə Məsləhət Şurasının üzvü seçilibdir.

"And" romanı Süleyman Hüseynovun ilk iri həcmli nəsr əsəridir. Əsərin əsas mövzusu vətənpərvərlik, Qarabağ problemi, erməni məkrinin obrazlı təhlili olsa da, əsərdə digər məsələlər, xüsusən, ülvi məhəbbət, beynəlmilləlçilik, millətlərarası münasibətlər, SSRİ dağıldıqdan sonra baş verən proseslər kifayət qədər geniş və real bir şəkildə işıqlandırılıbdır.

Onunla geniş müsahibəmi çoxsaylı oxucularımıza təqdim edirəm:

- Süleyman müəllim, 77 il  insanın geriyə baxıb, öz həyatına qiymət verməsi üçün kifayət qədər uzun bir yoldur. Bu gün keçdiyiniz yola baxanda özünüzü  daha çox şair, publisist, yazıçı, yoxsa mühəndis kimi görürsünüz?

- Özümü hər şeydən əvvəl vətəndaş, ailə başçısı kimi görürəm.  Qalanı sonra gəlir.

- Siz 1949-cu ildə Boladi kəndində doğulmusunuz, 1966-cı i ildən Sumqayıtda yaşayırsınız. Boladidən Sumqayıta uzanan yol Süleyman Hüseynovun xarakterində nələri dəyişdi, nələri isə olduğu kimi saxladı?

- Xarakterim olduğu kimi qalıb. Sadəcə  həyat  təcrübəm artıb. Əsasən insanlarla münasibətdə...

- Siz həm kimyaçı mühəndis, həm texnoloq, həm də idarəçi olmusunuz. Sənaye ilə ədəbiyyat kimi zahirən bir-birindən uzaq iki sahə necə bir insanda birləşdi?

- Əslində burada təəccüblü heç nə yoxdur. Başqa sahə insanlarının arasında tanınan ədiblər, şairlər az deyil. Mənə gəldikdə şairlik fikrim olmayıb. Amma ədəbiyyatı sevirdm. Məktəb illərində baş verən bir əhvalatı unutmuram. Fizika  dərsində rəhmətlik  Həmid müəllim (əmim idi) məndən dərsi soruşmadı. Mənsə dərsə yaxşı hazırlaşmışdım. Acığım tutdu, sonra müəllim təzə tapşırıq yazdıranda tapşırıq əvəzinə mən “Dostum” şeiri yazırdım. Bunu müəllim gördü və götürdü. Əvəzində sillə aldım...

- Ədəbi yaradıcılığa 1970-ci illərdə  başladınız. O vaxt ilk şeirinizi yazanda qarşınızda bir şair kimi uzun yol olduğunu düşünürdüzmi? İlk yazdığınız şeir yadınızdadırmı? Bu gün həmin şeiri oxusanız, gənc Süleyman Hüseynova nə deyərdiniz?

- Əslində o vaxtı şeir az yazırdım. Daha çox  kiçik hekayələr yazırdım. Vaxtım da az idi. İnstitutun axşam şöbəsində oxuyurdum, kimya zavodunda işləyirdim, həm də evli idim. Bir gün komsomol komitəsinin katibi Adil Babayevdən xahiş etdim ki, zavodun çoxtirajli “Kimyaçi” qəzetinin baş  redaktoru  Oqtay Cəfərovla məni tanış etsin. Oqtay müəllim məni çox yaxşı qəbul etdi. Yazılarım xoşuna gəldi. İlk dəfə yazdığım “Bakıda bir məzar var” şeirimi Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova həsr etmişdim. O şeiri dərhal 1971-ci il 23 fevral nömrəsində dərc etdilər. Mənim sevimli şeirimdir.

- Şeir yazan Süleyman Hüseynovla roman yazan Süleyman Hüseynov arasında əsas fərq?

- Əsas fərq yaradıcı məhsulumun bədii quruluşunda, həcmində və hissləri ifadə etmə formalarındadır .

- “And” sizin ilk iri həcmli nəsr əsərinizdir. Bu romanı yazmaq ehtiyacı sizdə hansı hadisədən və ya hansı düşüncədən yarandı?

- Hər şeydən əvvəl deyim ki, bu əsərdə hadisələr əsasən real həyatdan götürülüb. SSRİ-nin dağılması, xaos, Qarabağ hadisələri – bütün bunlar gözlərimizin önündə cərəyan edib. Məsələn, kosmonavt  Malışevlə qatarda gedən gənc mən olmuşam . İndi də kosmonavtın imzaları olan fotoları məndədir. Xarkov səfərindəki hadisələr tam həqiqətdir. Sadəcə adlar dəyişilib. Əlbəttə, bəzi hadisələrdə müəllif fantaziyası var. Qeyd edim ki, roman Mədəniyyət Nazirliyi tərəfindən çap edilib və respublika kitabxanalarına paylanılıb. Yeri gəlmişkən, poman rus dilinə də tərcümə edilib və AYB Moskva Bölməsində müzakirə olunubdur. Tədbirdə iştirak edən Altay Respublikasının xalq yazıçısı, Rusiya Yazıçıları İttifaqının həmsədri Brontoy Bedyurov fikrini belə bildiribdir:- Kitabı oxudum. Xoşuma gəldi. Ancaq bu kitab 500, 5000 yox, 5 milyon nüxsə ilə buraxılmalidir.

- Romanda vətənpərvərlik ədəbiyyatda necə təqdim olunmalıdır ki, şüardan çox insan taleyi kimi görünsün?

-Məncə, müəllif hər şeydən əvvəl özünə sual verməlidir ki, qəhrəmanı özü inandırıcıdır, ya yox. Oxucuya nağıl danışmaq lazım deyil.

- Erməni məkrini əsərdə obrazlı şəkildə təhlil etdiyinizi qeyd edirsiniz. Bu mövzuya yanaşarkən  tarixi-siyasi hadisələrlə insan amili arasında hansı tarazlığı qorumağa çalışmısınız?

- Çalışmışam həqiqəti danışım.

- “And” romanında ülvi məhəbbət, beynəlmiləlçilik və millətlərarası münasibətlər də mühüm yer tutur. Müharibə və düşmənçilik fonunda insanları birləşdirən dəyərləri ön plana çıxarmağınızın səbəbi nədir?

- Dünyada bütün müharibələrin sonu sülhlə bitir. Əbədi düşmənçilik olmur.

- SSRİ-nin dağılması və sonrakı prosesləri əsərdə real şəkildə əks etdirmisiniz. Həmin dövrü yaşayan insan kimi, sizcə, o illərdən bu günə qədər cəmiyyətimizdə ən böyük dəyişiklik nə olub?

- Azadlıq,müstəqillik. İnsan özünü azad hiss edir. Mənən, hüquqi.

- “And” adını nə üçün seçdiniz? Bu ad sizin üçün sadəcə romanın adı, yoxsa müəllif kimi oxucu  qarşısında mənəvi məsuliyyət ifadəsidir?

- Mənim gözümdə and sözü müqəddəsdir. Bütün sözlər anddan başlanır. Allaha, torpağa, çörəyə, müqəddəslərə,  cana and içmək və sairə. Hərçənd son illər bu söz ucuzlaşıb. Haqq-nahaqq bu sözü işlədirlər.

- Əsərdəki hadisələrin və obrazların nə qədəri real həyatdan, nə qədəri müəllif təxəyyülündən doğulub?

- Səksən faizi real həyatdandır.

- Romanı yazarkən özünüzü daha çox şahid kimi hiss edirdiniz, yoxsa hadisələrin içində yaşayan bir qəhrəman kimi?

-Baxır şəraitə. Ən çox şahid kimi.

- Həyatınızda sizi dəyişdirən bir insan olubmu? O insan sizə nə öyrədib?

- Məni dəyişdirmək çox çətindir. Ancaq bir insan var idi, ondan çox şey öyrənmişəm. İdarəçiliyi məhz ondan öyrəndim. Ayrı-ayrı müəssisədə işləsək də. Peyğəmbər kimi insan idi. Təəssüf ki, çox tez bu dünyanı tərk etdi. O insan mənim əmim, tanınmış kimyaçı, uzun illər kimya sənayesinə rəhbərlik etmiş  Zamin Hüseynov idi. Sumqayıtda adına küçə verilib, yaşadığı evə memorial löhvə vurulub. Bizim çox yaxın xasiyyətimiz vardı. Bir misal gətirim. Ulu Öndərin göstərişilə SSRİ Nazirlər Sovetinin nəzdində Moskva  Xalq Təsərrüfatı Akademiyasina göndərildi. Maraqlıdır, Zamin müəllim akademiyanın ilk müdavimi oldu, 13-cü müdavimi mən oldum. Ruhu şad olsun!

- İnsan taleyini daha çox  ozü yazır, yoxsa tale insanın yolunu əvvəlcədən müəyyənləşdirir?

- Əslində insan taleyi əvvəlcədən müəyyənləşdirilir. Mən buna inanıram. Açığı, bu qədər imtahandan  Allahın köməyi olmadan çıxmaq mümkün deyil.

- Kitablarınızdan birinin adı “Taleyim mənim”dir. Bu gün öz taleyiniz haqqında bir cümlə yazmalı olsaydınız, necə yazardınız?

- Şükür Allaha!

- Sizcə, insanın ən böyük qələbəsi nədir: həyatda uğur qazanmaq, yaxşı əsər yaratmaq, yaxşı insan kimi qalmaq, yoxsa arxada yaxşı ad qoymaq?

- Yaxşı insan kimi qalmaq.

- Bu gün gənc yazarların yaradıcılığında sizi sevindirən və narahat edən hansı məqamlar var?

- İstedadlı gənc yazarlar var. Bu məni sevindirir. Lakin ədəbiyyatdan uzaq gənclər var ki, ağlına gələni yazır. Biri kitab buraxdırır, düşür qapı-qapı, “siftə” istəyir. Halbuki nə özünü tanıyan var, nə də kitabın içindəki nədir, bilinmir.

- Sosial şəbəkələr və sürətli informasiya dövründə  seirin və romanın insan həyatındakı yeri dəyişibmi?

- Fikrimcə dəyişib. Əvvəllər kitabları axtarırdılar, indi satmağa müştəri axtarırlar...

- Gənc bir yazıçı sizdən “Ədəbiyyatda uğur qazanmaq üçün ilk növbədə nə lazımdır?” deyə soruşsa, ona nə cavab verərdiniz?

-İstedad!

- Bu günə qədər yazdığınız əsərlər arasında “Kaş bunu başqa cür yazaydım” dediyiniz əsər və ya misra varmı?

- Fikrimcə, yoxdu.

- Ədəbi mühitdə sizə qarşı haqsız münasibət gördüyünüz məqam olubmu? Əgər olubsa, sizi daha çox incidən susmaq, yoxsa danışmaq olub?

- Olub, cavabını da alıblar. Məni tanıyanlar bilirlər, haqqı nahaqqa verən deyiləm!

- Süleyman Hüseynovun oxucuya demədiyi, amma bir gün yazmaq istədiyi hansısa hekayə və ya roman varmı?

- Qismət Allahdandır!

- Ömrünüzdən bir günü yenidən yaşamaq imkanınız olsaydı, hansı günü seçərdiniz?

- Anamdan doymamışam. Onunla bircə günü yenidən yaşamaq istərdim...

- 1966-cı ildən Sumqayıtda yaşayırsınız. Bu şəhər sizin üçün sadəcə yaşadığınız  məkan, yoxsa həyatınızın ayrılmaz bir hissəsidir?

- Sumqayıt həmyaşıdım, ikinci vətənimdir.

- Sumqayıta ilk gəldiyiniz günlə bugünkü Sumqayıt arasında ən böyük  fərq nədir?

- Tikinti meydanı, zəhərli məhsullar istehsalatı, nəqliyyat çatımazlığı keçmiş Sumqayıtda qaldı. Sumqayıt bu gün şair demişkən, dünyaya meydan oxuyur.  Dünyanın gözəl şəhərlərilə bir sırada durur. Mən fəxr edirəm ki, bu gün Sumqayıtda yaşayıram.

-  Sənaye şəhəri olan Sumqayıt sizin dünyagörüşünüzə  və yaradıcılığınıza necə təsir edib?

- Yaradıcılığıma çox təsiri olub. Ancaq şəhər kimi inkişafından mənən qürur duyuram.

- Sumqayıt  ədəbi mühitinin sizin yaradıcılığınızdakı rolu nə olub?

- Sumqayıt  ədəbi mühiti deyərdim respublikanın ən fəal mühitidir. 70-ci illlərdə Sumqayıtda tez-tez tanınmış ədiblərlə görüşlər keçirilirdi. Yadımdadır, 1971-ci ildə rəhmətlik Oqtay Cəfərovun təşəbbüsü ilə kimya zavodunda görüş keçirildi. Rəsul Rzanın rəhbərliyi ilə tanınmış şairlər Fikrət Sadıq, Fikrət Qoca, Çingiz Əlioğlu və digərlərinin iştirakı ilə maraqlı tədbir oldu. Orada mən də çıxış etdim. Mahirə Abdullayeva da iştirak edirdi. Xasay Cahangirov, Vaqif İbrahim, Əşrəf Şəfiyev, Əli Kərim, Vahid Əziz,Vaqif Yusifli, Sabir Sarvan və digərləri ədəbi mühitin formaşlasına öz töhvəsini veriblər. İndinin özündə Ofeyla Babayeva, Rafiq Yusifoğlu, Rafiq Oday, Gülnarə Cəmaləddin, Zirəddin Qafarlı, Əvəz Lələdağ, İbrahim İlyaslı və digərləri uğurla fəaliyyət göstərirlər.

- Ömrünüzün bu çağında hələ də cavabını tapa bilmədiyiniz bir sual varmı?

- Var. Acgözlük və yalan barədə.

- Süleyman müəllim, övladlarınızın və nəvələrinizin uğurları, həyatda qazandıqları nailiyyətlər, seçdikləri yollar haqqlnda danışardınızmı? Onların hansı uğuru sizi xüsusilə qürurlandırıb və bir ata, baba kimi gələcək nəsil üçün ən böyük  arzunuz nədir?

- Mənim 4 övladım, 8 nəvəm, 2 nəticəm var. Onların hamısı ilə qürur duyuram. Mən gənclərimizi savadlı, tərbiyəli, cəmiyyətimizə gərəkli insan kimi görmək istəyirəm. Onlara uğurlu gələcək arzulayıram.

        - Biz də öz növbəmizdə sizə möhkəm can sağlığı, uzun ömür və bolluca sevinc arzulayırıq!

“Ədəbiyyat və incəsənət”

(30.09.2026)

“Sumqayıt həmyaşıdım, ikinci vətənimdir” - MÜSAHİBƏ

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.