Maariflənən cəmiyyət təhlükələrə qarşı daha güclü olur

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuzda "Dini fanatizmin və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Oğuz Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin  Oğuz rayonu üzrə gənclər və idman sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dini radikalizm və fanatizmin yaratdığı təhlükələr barədə geniş məlumat verilib. Qeyd edilib ki, gənclərimizin sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşması hər birimizin ortaq məsuliyyətidir."

Tədbirdə dini fanatizmin və radikalizmin ailə institutuna, cəmiyyətin sabitliyinə və gənclərin dünyagörüşünə mənfi təsirlərindən bəhs olunub.

Mövzu ilə bağlı suallarının cavablandırılması və fikir mübadiləsi aparılıb.

Bu mövzuda maarifləndirici görüşlərin gənclərin sağlam düşüncə tərzinin formalaşmasına, dini dözümlülük və multikultural dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.