Beyləqanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib Featured

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bu gün - mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

 

Ulu Öndərin əziz xatirəsi Beyləqanda dərin hörmət və ehtiramla yad olunub, abidəsi ümumrayon səviyyəsində ziyarət edilib.

Ziyarət mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və kollektivi, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər güllər düzərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin parlaq siyasi irsini böyük minnətdarlıq hissi ilə yad ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.