"Heydər Əliyev fenomeni :tarixi və siyasi irs" adlı dəyirmi masa təşkil edilib

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə "Heydər Əliyev fenomeni :tarixi və siyasi irs" adlı dəyirmi masa təşkil edilib.

 

Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin, Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, Oğuz şəhər H.Babayev adına 1 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev mərkəzinin direktoru Mehriban Abbasova açıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Oğuz rayon İcra hakimiyyətinin nümayəndəsi Əhməd Ağababayev, Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun əməkdaşı Elvin Qarayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin əməkdaşı Samir Salehov, Oğuz rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Sevinc Rəsulova bildiriblər ki, zaman keçdikcə biz Ulu Öndərin uzaqgörənliyini, ölkəmiz üçün etdiklərinin miqyasını daha dərindən dərk edirik. Heydər Əliyev sadəcə bir rəhbər deyil, o, Azərbaycanın çətin sınaqlardan keçdiyi bir dövrdə millətin ümid çırağına çevrilmiş dahi şəxsiyyət idi.

Heydər Əliyev 103 il əvvəl doğulsa da, onun ideyaları bu gün də yaşayır, inkişaf etdirilir və bizə yol göstərir. Bu gün onun ruhu şaddır, çünki canından artıq sevdiyi Azərbaycanı daha güclü, daha qüdrətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

 

 

                                                                                          

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.