Beyləqanda 15 Aprel - Ümumdünya İncəsənət Günü münasibətilə tədbir keçirilib

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 15 Aprel - Ümumdünya İncəsənət Günü münasibətilə  tədbir keçirilib.

 

“N” saylı hərbi hissədə keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktoru Fikrət Ağayev və digər çıxış edənlər 15 aprel – Ümumdünya İncəsənət  Gününün əhəmiyyətindən danışaraq bildiriblər ki, mədəniyyət yalnız keçmişin mirası deyil, eyni zamanda bu günümüzü formalaşdıran və gələcəyə istiqamət verən əsas amillərdəndir. Hər bir xalqın özünəməxsus dəyərləri, adət-ənənələri və incəsənəti onun kimliyini müəyyənləşdirir. Qeyd olunub ki, bu dəyərlərin qorunması, yaşadılması və yeni nəsillərə sevdirilərək çatdırılması hər birimizin üzərinə düşən vacib vəzifədir.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə hazırladığı rəngarəng rəqslər və şən musiqilər təqdim olunub.

Sonda hərbi hissənin rəhbərliyi çıxış edərək,  keçirilən belə tədbirlərin əsgərlərin asudə vaxtlarının təşkilində xüsusi əhəmiyyətini qeyd edib və tədbirin təşkilinə görə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi başda olmaqla tədbirdə iştirak edən bütün mədəniyyət işçilərinə təşəkkürünü və minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəösənət”

(16.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.