8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Oğuz rayon Mədəniyyət Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz Rayon Təşkilatının sədri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid anaları və xanımları, rayonun idarə və müəssisələrində fəaliyyət göstərən qadınlar iştirak ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxışında şəhid anaları başda olmaqla bütün qadınları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini qeyd edərək, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edib, qayğıkeş ana, mehriban həyat yoldaşı olan Azərbaycan qadınının bütün sahələrlə yanaşı dövlət idarəçiliyində mühüm rəhbər vəzifələr tutduğunu vurğulayıb. Dövlətin inkişafı və azad vətəndaş cəmiyyətinin yaradılması üçün qadınların daha fəal olmasını, xalqımızın gələcək inkişafı üçün öz töhfələrini verməsini diqqətə çatdıran Cavid Əbdul-Qədirov bu baxımdan Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün nümunə olduğunu bildirmişdir.

Digər çıxış edənlər YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Mərkəzi Rayon Xəstəxanasının direktoru Anar Əzizov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsinin dövlət siyasətində əsas istiqamətə çevrildiyini bildirmişdir.

Şəhid Cüməzadə Təbrizin atası İldırım Əbdürrəhimov çıxışında gənc nəslin vətənpərvər ruhda böyüməsi və vətənə layiqli övlad yetişdirilməsində Azərbaycan qadının böyük rolu olduğunu qeyd edərək, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan ətraflı məlumat verərək, minnətdarlığını bildirmişdir.

Çıxışlardan sonra Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsi olaraq, Oğuz Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilmiş və rayonun ictimai - siyasi həyatında fəal iştirak edən bir qrup qadın Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və təşəkkürnamələri ilə təltif olunublar.

Tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.