İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon MKS-nin Kərimli kənd kitabxana filialı klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlaqədar "Xaqani Şirvani -900" başlıqlı sərgi təşkil edib.
Tədbirin açılışında iştirakçılara şairin 900 illik yubileyi ilə əlaqədar ölkə başçısının Sərəncamı barədə ətraflı məlumat verilib.
Çıxışlarda qeyd edilib ki, Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir.
Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub.
Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir.
Tədbirdə şairin şeirləri və görkəmli şəxsiyyətlərin onun haqqında söylədiyi fikirlər də səsləndirilmişdir.
Sonda sərgiyə kollektiv baxış olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


