Oğuzda Zəfər gününə həsr olunmuş tədbir

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Zəfər Günü münasibətilə Oğuz rayon Mədəniyyət Mərkəzində "44 günlük Vətən müharibəsinin Zəfər Qəhrəmanları " adlı tədbir təşkil olunub.

 

Tədbirdə şəhid valideyinləri, qazilər, YAP Oğuz təşkilatının, Oğuz  şəhər İcra Nümayəndəliyinin, Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyinin , Oğuz rayon Mədəniyyət Mərkəzinin və kəndlərin klub filiallarının əməkdaşları və içtimaiyyətin nümayənələri iştirak edib. Tədbirdə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dıqiqəlik sükutla yad olunduqdan sonra Dövlət himnimiz səsləndirilib. 

 

Şəhid valideyinləri Vətən müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqibət İbrahimova, 2-ci Qarabağ Şəhidi Tural Məmmədovun atası Arif Məmmədov , YAP Oğuz təşkilatının sədr nmüavini Mehman Ramazanov, Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseyinov, Şəhid bacısı Şükufə İbrahimova çıxış edib, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən söhbət açıblar.

Silahlı Qüvvələrimizin, qəhrəman əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs edən vidio-çarx nümayiş olunub.

Tədbirdə müğənnilər və qiraətçilər tərəfindən Vətənə və qəhrəmanlığa həsr olunmuş mahnılar və şeirlər səslənirilib.

Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyi əməkdaşlarının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidlərimizin şəkillərinin və əşyalarının, Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən Qarabağ müharibəsində işirak etmiş şəhid və qazilərin qəhrəmanlığına həsr olunmuş  kitabların sərgisi təşkil olunub.

Tədbirin sonunda "Şuşa sən, azadsan " filmi izlənilib.  Şəhid valideyinləri üçün ehsan süfrəsi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

                                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.