Oğuz rayonun yaranmasının 95 illiyi silsilə tədbirlə qeyd edilib Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu il Oğuz rayonun yaranmasının 95 illiyi qeyd edilir. Bu münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin dəstəyi, Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının yaxından iştirakı ilə, 8 Avqust 2025-ci il tarixində Oğuz rayon Mədəniyyət Mərkəzində "Oğuz -Vətənim mənim " adlı ədəbi-musiqili tədbir təşkil olundu.

 

Dövlət himnimiz səsləndirildikdən sonra, Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda Şəhidlrimizin, dünyasını dəyişən Oğuzun ziyalılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Oğuzun tanınan və sevilən müğənilləri E. Lətifov, M.Malıyev, H.Malıyev, A.Kumsiyev Oğuz rayonuna bəstələnmiş mahnıları ifa edib.

Həmçinin Oğuzda yaşayan "Şur " musiqi qrupunun üzvləri F.Əliyev, E.Bəşirov, M.Üzeyirov, M.Novruzov, E.Salahov iştirak edib, öz ifaları ilə  tədbirə rövnəq vermişlər. Tədbirdə iştirak edən Milli Konservatoriyanın tələbəsi istedadlı musiqiçi , zurna ifaçısı E.Salahovun zurna ifası tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılanıb.

Oğuzun yaranmasının 95 illiyi münasibətilə təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı A.Ağayev, Yeni Azərbaycan Partiyasının Oğuz təşkilatının sədr müavini M.Ramazanov, Oğuzun tanınmış ziyalılarından şair, Prezident təqaüdçüsü, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü 10 dan çox kitabın müəllifi N.Hüseynli , araşdırmaçı yazar YB-nin üzvü Oğuzun tarixi haqqında bir neçə kitabın müəllifi Yusif Rzayev, YB-nin üzvü "Elzanamə " adlı bir neçə cildlik kitabın müəllifi E.Gülməmədova tədbirdə çıxış edərək , Oğuz rayonun tarixindən, dünənindən, bu günündən, rayon sakinlərinin gözəl ənənəsindən, burada   yaşayan azsaylı xalqlardan, etniq qrupun nümayəndələrindən, Oğuz təbiətinin füsunkar gözəlliyindən , turizm üçün geniş potensiala malik imkanlarından, Oğuzun dəyərli ziyalılarından söhbət açmişlar.

Oğuz rayonun yaranmasının 95 illiyi münasibətilə Oğuz rayon Mədəniyət Mərkəzinin təşəbbüsü ilə,  Yaqublu kənd folklor, Muxas kənd diyarşünaslıq, Xaçmaz kənd diyarşünaslıq evlərinin, Calut, Xalxal ,Yenikənd, Zərrab , Xaçmaz-qışlaq, Sincan, Yemişənli kənd klublarının əməkdaşları tərəfindən Oğuzda yaşayan həvəskar toxucuların, sənətkarların əl işləri, Oğuza məxsus mətbəx nümunələrinin sərgisi təşkil olunmuşdur.

Rayon Mədəniyyət Mərkəzində təşkil edilən Oğuzun 95 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir oğuzlular tərəfindən maraqla qarşılanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2025)

 

                                                                      

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.