Hicran Əhmədli "Qələm tutan incə əllər"də... Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsindəCəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Növbəti qələm sahibi yazıçı-şair Hicran Əhmədlidir.

 

Qısa təqdimat:

Hicran Nadir qızı Əhmədli (Hicran Əhmədli): 1982-ci ilin mart ayının 28-də Cəlilabad şəhərində dünyaya göz açıb. Sonradan valideynləri ilə birgə rayonun indiki Günəşli (keçmiş Pakrovka) kəndinə köçərək orada yaşayıb.

O, Cəlilabadın tanınmış ziyalıları və Dövlət məmurlarından sayılan mərhum Rəşid Əhmədovun nəvəsidir. 2000-ci ildə Əfilağa Həsənov adına Şəhriyar kənd 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib və təhsilini tibb bacısı kimi davam etdirib. 2003-cü ildə ailə həyatı quraraq paytaxt Bakı şəhərinə köçüb.

Doğma elimizin gənc xanım şairlərindən sayılan Hicran Əhmədlinin ədəbiyyat və poeziyaya böyük marağı məktəb illərindən etibarən başlamışdır. O, şeir və poeziyadan əlavə, həm də nəsr və hekayə sahəsində qələm əhlidir və indiyədək bir neçə hekayə müəllifi olmuşdur.

Son illərdə onda olan maraq və həvəs qəlbindən süzülərək coşub-çağlamış və beləliklə də onu şeir, poeziya və bədii ədəbiyyata möhkəm bağlamışdır.

Xanım şair əsasən vətənpərvərlik, sevgi, ağrılı və kədərli, həmçinin, uşaq mövzularında bir-birindən gözəl və mənalı şeirlər yazır. İndiyədək onun qələmi ilə yazılıb ərsəyə gəlmiş "Söz xəzinəsi", "Zəfər", "Şam işığı", "Qarabağ Azərbaycandır!" və "Zirvəyə gedən yollar" kimi şeirləri ölkənin ədəbi-bədii və elmi-publisistik məcmunələrində, habelə ədəbi-bədii jurnallardan sayılan "Xəzan" və "Azad qələm" kimi dərgilərdə işıq üzü görmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, 2023-cü ilin avqust və sentyabr aylarında tanınmış türk bəstəkarı Ərdoğan Tozoğlu tərəfindən Hicran xanımın "Hələ yaşa sən" və "Payız günləri" adlı şeirlərinə musiqi bəstələnmişdir. Bundan əlavə, bəstəkar Yaqut Almaz da, şair Hicran Əhmədlinin "Bir oğul böyütdü Səmayə ana" adlı şerinə musiqi bəstələyərək onu "101 mahnı" adlı kitabında təqdim etmişdir...

Hicranxanım 2025-ciildə "TuranYazarlarBirliyi"nə üzvolmuşdur. Onun şeirlərindəibarəttirdiklərim" adlı şeir toplusu da 2025-ci ildə nəfis şəkildə çap olunmuşdur. Ailəlidir və 2 övladı var.

 

Bədii ədəbiyyat nümunəsi:

 

içəklidağlar"

 

Nə qədəgözəldir, dağlarıqarı,

Baxdıqca ürəkdə sözləoxşayır.

Bəlkə də gözləyir, çiçəkləyarı,

Allvan gözəllik gözləoxşayır.

 

Çiçəyə bürünüb, zirvəli dağlar,

Sinəmdə bulaq təsözlərim çağlar.

Sanki qonaq olub, dağlara bağlar,

Al-əlvan gözəllik gözlər oxşayır.

 

Təbiət yaraşıq veribdir sizə,

Bir nişan verin siz, mən düşüm izə,

Kaş mehman olasız, a dağlar bizə,

Al-əlvan gözəllik gözlər oxşayır.

 

Bənzəri var sanki bizim dağlara,

Bəhrəsi bol olan yaşıl bağlara,

Hicranı tək istək, sizə bağlar a,

Al-əlvan gözəllik gözlər oxşayır.

 

Son olaraq doğma elimizin şairi Hicran xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.