Ə.Əzimzadənin 145 illiyinə həsr olunmuş sərgi keçirilmişdir Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə H.Əliyev adına istirahət parkında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, karikatura janrının banisi, ustad rəssam Əzim Əzimzadənin 145 illiyinə həsr olunmuş sərgi təşkil olunub.

 

Sərgi çərçivəsində yerli rəssamların əl işlərindən ibarət əsərlər nümayiş etdirilib. Rəngarəng, düşündürücü və milli ruhu əks etdirən bu əsərlər həm Əzimzadənin zəngin irsinə hörmətin, həm də həmin irsin bu gün də yaşadığını sübut edən sənət nümunələrinin bariz göstəricisi idi.

Sərgi həm sənətsevərlərin, həm də rayon içtimaiyyətinin böyük marağına səbəb olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.