Lerik şəhərində keçirilmiş yubiley tədbirindən...

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

12 iyun 2025-ci il tarixdə AYB Lənkəran bölməsinin və Lerik rayon İcra Hakimiyyəti Başçısı aparatının birgə təşkilatçılığı ilə Lerik şəhərindəki Mədəniyyət Mərkəzində respublikanın əməkdar incəsənət xadimi, şair, yazıçı, dramaturq, uzun illər AYİ Lənkəran Şöbəsinin məsul katibi işləmiş Məmmədhüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

 

Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin Başçısı Əkbər Abbasov və icra aparatının əməkdaşları, MM-nin deputatı Vasif Qafarov, Bakı şəhərindən və regiondan olan yazarlar, alimlər, Lerik rayonundan olan ziyalılar, ictimaiyyət nümayəndələri, sənət adamları iştirak etdilər.

Tədbir yubilyarın şəkilləri, kitabları, əsərləri çap olunan qəzet və jurnalların yer aldığı stendə baxışla başlanıldı. Sonra tədbir Mərkəzin geniş zalında davam etdirildi.

Tədbirdə çıxış edənlər M. Əliyevin zəngin həyatı, şair, yazıçı və dramaturq olaraq geniş yaradıcılığı barədə fikir və düşüncələrini bölüşdülər,

xatirələrini danışdılar.

Aktyorların ifasında yubilyarın şeirləri, musiqiçilər tərəfindən isə qəzəlləri iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.