Sumqayıtda Poeziya gecəsi

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında tanınmış qiraətçi Xəzər Süleymanlının poeziya gecəsi keçirilib.

Tədbir ritmik qəzəl ifası ilə başlayıb. Daha sonra çıxış edən Xəzər Süleymanlı bildirib ki, bu, onun Bakıdan kənarda təşkil edilən ilk poeziya gecəsidir.

 

Gecədə Xəzər Süleymanlı Azərbaycan poeziyasından məşhur şairlərin sevilən şeirlərini “Çahargah ansamblı”nın müşayiəti ilə səsləndirib.

Zabitə Əliyeva, Pərviz Abdullayev, Çinarə Məlikzadə, Leyla Rəhimova kimi müğənnilər öz ifaları ilə musiqili poeziya axşamına xüsusi çalar qatıblar.

Gecənin maraqlı məqamlarından biri 3 yaşlı Səhra İsmayılovanın səhnəyə çıxıb şeir oxuması olub.

Xəzər Süleymanlı bildirib ki, belə poeziya gecələrini Azərbaycanın digər şəhər və rayonlarında da keçirilməsi üçün hazırlıqlara start verilib.

 

Yeri gəlmişkən, səslənən şeirlərin adları və müəlliflərinin adları çəkilsə daha yaxşı olardı. Çünki dinləyici belədə şeirlərin kimə aid olduğunu bilmir.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.