Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Açıq Qapı günü təşkil olunub

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi 

 

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Açıq Qapı günü təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətin muzeylərə marağını artırmaq və milli-mədəni dəyərlərimizi daha geniş kütləyə tanıtmaq idi.

 

Tədbir çərçivəsində gün ərzində muzeyi məktəblilər, yerli və xarici turistlər ziyarət ediblər. Onlar muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olaraq, bölgənin tarixi və mədəni irsi barədə maraqlı məlumatlar əldə ediblər.  

Həmin gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Oğuz Rayon Komitəsi tərəfindən, Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşlarına fəxri fərman və hədiyyələr də təqdim olunub.

Onu da qeyd edək ki, qədim alban kilsəsində yerləşən Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyi rayonun tarixini özündə əks etdirən unikal bir məkandır.   Muzeydə sərgiləyən eksponatlar dünənimizi, bu günümüzü özü ilə gələcəyə daşıyır. Bu məkanı ziyarət etmək çox maraqlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.