“Devlə” döyüşəcək Nicatdan çempionluq gözləyirik

 

HƏRÇƏND, ONUN YARIMFİNALA ÇIXMASI ÖZÜ SENSASİYADIR

 

Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışı başa çatmaq üzrədir. Əsas silahlarımız - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və digər güclü şahmatçılarımız məğlubiyyətə uğrayaraq turniri erkən tərk etsələr də

gənc qrossmeyster Nicat Abbasov ard-arda möhtəşəm qələbələr qazanaraq adını  yarımfinalçılar sırasına yazdıra bilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hindistanın güclü qrossmeysteri Vidit Santosa, dəfələrlə Rusiya çempionu Pyotr Svidlerə,  şahmatçıların dünya reytinq cədvəlində 2775 balla yeddinci yerdə olan hollandiyalı Aniş Qiriyə qalib gələn Nicat bu uğurun təsadüfi olmadığını, gərgin əməyin, davamlı məşqlərin bəhrəsi olduğunu sübut etdi. 

Nicat Abbasov finala çıxmaq üçün yarımfinalda ən yüksək reytinqli şahmatçı (2835), dəfələrlə dünya çempionu norveçli Maqnus Karlsenə qalib gəlməlidir. Gəlin ümid edək ki, Nicat bu sevinci də bizə yaşadacaq. Bu qələbədən sonra o, adını həm də dünya şahmat çempionluğu uğrunda mübarizə aparacaq 8 idmançı sırasına yazdıra biləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.