Avropa üçün nüvə təhlükəsi artmaqdadır

Ehtimal olunur ki, Kreml ABŞ və Qərbi ciddi şəkildə qorxutmaq üçün əvvəlcə məhz AES-də partlayış törədə bilər

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı siyasi ekspert Elçin Xalidbətlinin olduqca aktual yazısını diqqətinizə çatdırır. İndi hamını yalnız bir şey maraqlandırır: Rusiya nə edəcək?

 

 

 

Rusiya ordusu öz döyüş potensialının təxminən yarısını itirib, ölkənin xəritədən silinmə təhlükəsi Kremli son varianta sürükləyir... Kremldə “nüvə düyməsi” masaya gətirilib, hər an qorxunc qərar verilə bilər...

 

Ukrayna savaşı Rusiya üçün əsl fəlakət mənbəyinə çevrilib. Kreml bu “savaş bataqlığı”nda Rusiyanın “boğulmaq” üzrə olduğunu artıq anlamağa başlayıb. Ancaq Rusiyanın hərbi-siyasi rəhbərliyi bu vəziyyətdən çıxış yolları tapa bilmir. Çünki Kreml Rusiyanın bu savaşdan “hərbi qənimətlər”lə çıxmasında hələ də israrlı davranır və Qərbdən bu məsələdə güzəşt gözləyir.

Ancaq Ukrayna savaşının ssenari müəllifləri Kremlin belə asanlıqla, üstəlik, “hərbi qənimətlər”lə Rusiyanı xilas etməsinə imkan vermək niyyətindən çox-çox uzaqdır. Hətta Kreml Qərbin və Ukraynanın bütün tələb-şərtlətini qəbul etsə belə, Rusiyanın “savaş bataqlığı”nda hələ uzun müddət saxlamaq planlarının mövcudluğu artıq qətiyyən şübhə doğurmur. Və Rusiyanın hazırda düşdüyü durum Ukrayna savaşının ssenari müəlliflərini daha da cəsarətləndirir.

Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı artıq Ukrayna savaşının yükünü çəkməkdə çətinlik çəkir. Rusiya rublu valyuta birjalarında sürətlə ucuzlaşır. Rusiya ordusunun savaş xərcləri isə durmadan artmaqda davam edir. Son məlumatlara görə, Kreml son iki ay ərzində Rusiyanın maliyyə rezervlərini də xərcləməyə başlayıb və ölkənin ehtiyatları 120 milyard dollar azalıb. Və Kreml hazırda dövlət büdcəsində qeyri-hərbi sahələrin maliyyələşdirilməsini məhdudlaşdırmaqla, vəziyyətdən çıxmağa çalışır.

Halbuki, bu, o qədər də ümidverici nəticələr vəd etmir. Hər halda, qeyri-hərbi sahələrdən maliyyə kəsintiləri yaxın gələcəkdə sosial-ictimai böhran təhlükəsi də yaradır. “Vaqner”in silahlı qiyamından sonra mövcud olan vəziyyət Rusiyanın ölkədaxili sosial-ictimai təlatümlərə tab gətirmə imkanlarını da məhdudlaşdırıb. Bu isə o deməkdir ki, Rusiyanın ətrafında dairə daralır. Və Kremlin taleyüklü qərarlar almaq məcburiyyətində qala biləcəyi mərhələ artıq o qədər də uzaqda deyil.

Məsələ ondadır ki, Kreml Rusiya ordusunun hərbi ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Son məlumatlara görə, Rusiya ordusu Ukrayna savaşının başlanmasından indiyə qədər öz hərbi texnika arsenalının böyük bir hissəsindən məhrum olub. Rusiyanın yalnız 2500-dən çox tank itirdiyini nəzərə aldıqda, vəziyyətin katostrafik olduğu qətiyyən şübhə doğurmur. Çünki Rusiya bir il ərzində cəmisi 200 tank istehsal etmək imkanındadır. Bu hesabla, Kremlin yalnız itirilmiş tankları yeniləri ilə əvəz etməsi üçün təxminən 10 il vaxt lazımdır.

Ona görə də, Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiya ordusu savaşdan öncəki döyüş qabiliyyətlərinin yarısından çoxunu artıq itirib. Savaşın bir qədər də uzanması Kremli əlacsız duruma sala bilər. Halbuki, elə indidən Rusiya ordusunun aciz vəziyyətə düşməkdə olduğu da müşahidə edilir.

Rusiya ordusunun strateji əhəmiyyət daşıyan Baxmut şəhərindən tədricən geri çəkilməsi barədə məlumatlarsa, Kremlin məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacağı vaxtın sürətlə yaxınlaşdığını göstərir. Və artıq heç kimdə şübhə yoxdur ki, bundan sonra yalnız müdafiə taktikasına məhkum olan Rusiya ordusundan əkshücum həmləsi gözləmək sadəlövhlük olardı.

Əslində, Rusiya ordusunun indiki zəifləmiş durumu onun Ukrayna savaşında məğlubiyyətini yaxınlaşdırsa da, bunun təhlükəli nəticələri də ola bilər. Belə ki, Kreml Ukrayna savaşında məğlubiyyət variantı üzərində qətiyyən düşünmür. Əksinə, Rusiya siyasi dairələri məğlubiyyətin ölkənin parçalanaraq, dağılmasına yol aça biləcəyini düşünürlər. Və bunun qarşısını almaq üçün bütün variantlardan istifadə ediləcəyini vurğulayırlar.

Hazırda bütün dünya üşün ən təhlükəli olan məqam da məhz bununla birbaşa bağlıdır. Hələ bir müddət öncə Kreml ABŞ və Qərbə xəbərdarlıq etmişdi ki, Ukraynaya hərbi dəstəyi dərhal dayandırsın. Əks halda, bu, ABŞ və Qərbin özünə qarşı əsl fəlakətin başlanğıcı da ola bilər. Kreml bu təhdidlərini nüvə dövlətinin adi savaşlarda məğlubiyyətinin mümkün olmaması ilə izah etmişdi. Və dolayısı ilə Rusiyanın rəqiblərini nüvə savaşı ilə hədələmişdi.

Bəzi məlumatlara görə, “Vaqner”in hərbi qiyaməndan sonra Kremldə təşviş qarışıq aqressiv əhval-ruhiyyə hökm sürür. Rusiya siyasi dairələri hesab edirlər ki, əgər, Ukrayna savaşında məğlubiyyət qaçılmaz olarsa, nüvə silahından istifadə etməkdən başqa çarə qalmayacaq. Və bu dəhşətli savaş modelinə isə elə indidən hazırlaşmaq vacibdir.

Maraqlıdır ki, Kreml nüvə savaşına hazırlıq prosesinə artıq başlamış kimi görünür. Belə ki, prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın qərb bölgələrindəki bütün nüvə sığınacaqlarının hazır vəziyyətə gətirilməsinə start verilib. Eyni zamanda, Rusiya öz nüvə potensialının bir hissəsini Avropa ölkələrinə daha yaxın olan Belarusa yerləşdirib. Və bu, yaxın gələcəkdə nüvə düyməsinə basılma ehtimalını artırır.

Digər tərəfdən, Kreml Ukraynanı Zaparojye Atom Elektrik Stansiyasını partlatmağa hazırlaşmaqda da suçlayır. Üstəlik, Rusiya ordusunun həmin AES-in ərazisini sürətlə tərk etməyə başladığı barədə də məlumatlar yayılır. Hesab olunur ki, bütün bunlar AES-ə zərbə endirilməsi barədə planın hazır olmasının ilkin əlaməti sayılmalıdır.

Adətən, Kreml Ukraynanı hansısa hərbi cinayətdə ittiham edirsə, bu, mütləq baş verir. Ancaq sonradan məlum olur ki, Kreml Ukraynanı ittiham etsə də, hadisə Rusiya tərəfindən törədilib. UkraynadaSES-invurulmasından öncə də, KremlrəsmiKiyeviittihamedirdi.Və sonradanbuqorxuncaddımınRusiyaordusutərəfindənatıldığı barədə sübutlaryayıldı.

İndidə AESqarşı eynihadisələrtəkrarlanmağabaşlayıb.Ehtimalolunurki, KremlABŞ və Qərbiciddi şəkildə qorxutmaq üçünəvvəlcə məhzAES-də partlayış törədə bilər.ÇünkiAES-də partlayış nüvə savaşınınməhdud çərçivədə sınaqdan çıxarılması anlamı daşıyacaq.Yalnızbundansonradaəgər, ABŞ və QərbRusiyayaqarşı hərbiqarşıdurmanı davametdirərsə, KremlinAvropa ölkələrinə realnüvə zərbəsiendirəcəyigümanolunur.

Göründüyü kimi, dünyaolduqcarealnüvə təhdidiilə üzləşib.Ukraynarəsmidairələridə əmindirlərki, Kremlənyaxıngünlərdə AESzərbə endirəcəkvə bölgəyə qonşu ölkələrdə daxilolmaqla, böyükbirəraziradiaktivməkana çevriləcək. Və bubaxımdan, dünyanınhərannüvə savaşınaməruzqalmaehtimalı hazırdatamamilə inandırıcı görünür.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.