“Ədəbiyyat və incəsənət” portal sizə Açıq Portfel rubrikasında iki statistik məlumatı təqdim edir.
Birinci məlumat: İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 45 min 117 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 664 milyon 164 min 941 manatdır.
İkinci məlumat: Cari ilin 6 ayı ərzində 8 min 12 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)