Qafqaz TV-də çalışmaq istəyərsinizmi?

Ölkənin ən populyar regional televiziyalarından olan Qafqaz TV vakant iş yeri barədə elan verib. Televiziyaya SMM menecer lazımdır.

“Ədəbiyyat və incəsənət” portalı Qafqaz TV-nin elanını diqqətinizə çatdırır: 

 

“Qafqaz TV olaraq təcrübəyə dəyər verən bir iş birliyi olaraq yaradıcı, özü kimi düşünən, əyləncəli və təcrübəli bir SMM menecer axtarırıq. İş yeri hələlik Quba şəhərindədir. Televizyanın binası bəlli bir dönəmdən sonra Bakıya köçürülücək.

 

Əsas İşləri :

QAFQAZ TV-nin bütün sosial media platformalarında (Youtube, Facebook, Instagram, Tiktok və s.) paylaşım strategiyasının hazırlanması və  gerçəkləşdirilməsi;

Yenilikçi, gözəgəlimli paylaşımların  yaradılması və səs gətirən, çox yayılan postların düzəldilməsi;

Sosial media səhifələrində canlı yayımlar və bildirişlərin doğru yönləndirilməsi;

Paylaşımların tamaşaçıların sayının artmasını təmin etməsi, yararlılığının izlənməsi, incələnməsi, soruğulanması və hesablatların hazırlanması;

İzləyicilərlə bağlantıların qurulması, yozum və ismarıclara  cavab verilməsi;

 

Tələblər:

Sosial media idarəçiliyi və ya bənzər sahədə iş təcrübəsi;

Sosial media platformalarının vəziyyətinə görə məlumat sahibi olmaq;

Yaradıcı düşünmə, araşdırma və incələmə bacarığı;

Rəsmi və danışıq dilində çox yaxşı yazma və danışma bacarığı;

Birlik içindəki iş yoldaşları ilə doğma və istiqanlı davranışlarla köməkləşərək çalışmaq, tapşırıqları tez və sıxıntısız gerçəkləşdirmək.

 

Təklifimiz:

Yaradıcı və dostluq mühiti;

Rahat iş qrafiki 

QAFQAZ TV-nin layihələrinin uğurlarında iştirak imkanı və peşəkar həyatınızın inkişafı üçün imkanlar.

 

Əgər bizimlə çalışacaq istək və diləyin olduğunu düşünürsüzsə  və QAFQAZ TV-nin sosial media platformalarını idarə edəcək bacarığınız varsa , CV-nizi və portfolionuzu (əgər varsa) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   ya da +994703079779   whatsap  ünvanına göndərin. 

Yaradıcı fikirlərinizi gözləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.