Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir? Avropa, yoxsa Asiya ölkəsidir? Qərb, yoxsa Şərq ölkəsidir? sualları ilə vətəndaşların ölkəyə baxışını öyrənib. 

 

STM-dən a bildirilib ki, “Azərbaycan müasir, yoxsa ənənəvi ölkədir?” sualına cavab verən respondentlərin 71,6 faizi onu müasir, 23,7 faizi isə ənənəvi ölkə kimi göstərib. 

İctimaiyyətin Azərbaycanı Qərb, yoxsa Şərq ölkəsi kimi görməsinə aid sualın cavabları da maraq doğurur. Respondentlərin 41,9 faizi ölkəni Qərb, 38,8 faizi Şərq ölkəsi kimi görsə də, 19,3 faiz bu suala cavab verməkdə çətinlik çəkib. 

Nəticələrə əsasən, ictimai rəydə Azərbaycanı müasir, yaxud ənənəvi ölkə olaraq qiymətləndirmə onun coğrafi yerləşməsinə bağlı deyil. Belə ki, Azərbaycanı Qərb ölkəsi hesab edənlərin 70,8 faizi, Şərq ölkəsi hesab edənlərin 71,1 faizi onu müasir ölkə kimi xarakterizə edir. Halbuki, Azərbaycanı Asiya məkanının bir hissəsi hesab edənlərin 59,4 faizi onu Şərq ölkəsi kimi, Qərbə aid edənlərin 67,1 faizi isə Azərbaycanı Avropa məkanının bir hissəsi kimi dəyərləndirir.

Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.