“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə qəribə də olsa, futboldan damışacağıq. Rubrikanı Tural aparır. Futbol da bir incəsənətdir. 70-ci illərdə Hollandiyanın nümayiş etdirdiyi total futbolu ən dahi rəsm əsəri, musiqi kompozisiyası, bədii ədəbiyyat nümunəsi ilə bir tutmurdularmı, tuturdula
Futbolun kuryoz qaydaları:
Qapıçı ilə müdafiəçi formalarını dəyişsə…
Klub rəhbərlərinin və azarkeşlərin hakimləri ittiham etdiyi vaxtda heç kim bəzi futbol qaydalarının ağlasığmaz olmasından danışmır. Hərçənd, elə qaydalar var ki, gülməli, hətta biabırçıdır. Hər halda Almaniyanın məşhur Bild nəşrinin qeyri-adi futbol qaydalarından bəhs edən yazısını oxuduqca bu qənaətə gəlməmək mümkün deyil. Bu halların hər biri Azərbaycan stadionlarında da yaşana bilər. Belə olan halda, qaydanı bilməyənlərin əlindən nə hakimlər, nə də başqası yaxa qurtara bilər. Həmin qaydalara nəzər salmaq maraqlı olardı. Özü də bu, hakimlərimizə və klub rəsmilərinə də lazımdır.
Birinci vəziyyət:
Oyun başlamayıb. Komandalar meydana çıxmaq üzrədir. Futbolçu rəqibinə zərbə endirib, onu yerə çırpır.
Hakim nə etməlidir?
Heç nə! Qırmızı vərəqə göstərilə bilməz. Rəqibi vuran futbolçu heç nə olmayıbmış kimi, oyunu davam etdirir. Sadəcə, baş verənlər protokola yazılır.
İkinci vəziyyət:
Oyun başlamayıb. Lakin futbolçular meydanda dayanıb hakimin fitini gözləyir. Futbolçu rəqibini vurur.
Hakim nə etməlidir?
Vuran oyunçuya qırmızı vərəqə göstərilir. Lakin onun komandası əvəzetməyə əl ataraq, meydana başqa futbolçu buraxır.
Üçüncü vəziyyət:
Top boş qapıya yuvarlanır. Artıq qol olacaq... Amma bu an meydana qaçan azarkeş topu saxlamağa çalışır. Lakin bacarmır və top qapı xəttini keçir.
Hakim nə etməlidir?
Qol qeydə alınmır. Mübahisəli top qərarı verilir. Əgər meydana qaçan zədələnərək meydanı tərk edən futbolçudursa, qol sayılır.
Dördüncü vəziyyət:
Kubok oyununun 120 dəqiqəsi qalibi müəyyənləşdirməyib. Lakin bir komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.
Hakim nə etməlidir?
Penalti seriyası ərəfəsində digər komanda bu zərbələri vurmaq hüququnu itirən 3 üzvünü müəyyənləşdirir. Və hər komandada 8 futbolçu penalti vurmaq imkanına malik olur.
Beşinci vəziyyət:
Oyunun gedişində qapıçı ilə müdafiəçi formalarını dəyişirlər. Yeni qapıçı topu əlinə götürür.
Hakim nə etməlidir?
Oyuna davam. Lap küçədə olduğu kimi, qapıçı dəyişdirilir. Lakin növbəti dəfə oyun dayananda, hər iki futbolçuya forma dəyişməsinə görə sarı vərəqə göstərilir.
“Ədəbiyyat və incəsənət”
(18.05.2023)