“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında növbəti dəfə Dövlət Statistika Komitəsinin otellərlə bağlı gətirdiyi rəqəmlər açıqlanacaq.
Bu ilin ilk üç ayının statistikasına nəzər yetirək. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir. Gecələmələrin ümumi sayının statiatikasına baxaq.
19,3 faizi Rusiya Federasiyası,
9,5 faizi Türkiyə,
8,6 faizi Birləşmiş Ərəb Əmirlikləri,
7,3 faizi Hindistan,
5,7 faizi Səudiyyə Ərəbistanı,
4,6 faizi Küveyt,
3,5 faizi Böyük Britaniya,
2,9 faizi Qazaxıstan,
2,8 faizi Gürcüstan,
2,6 faizi Pakistan,
2,3 faizi ABŞ,
2,2 faizi İsrail,
1,6 faizi Belarus,
1,4 faizi Almaniya,
1,4 faizi Özbəkistan,
1,2 faizi Qətər,
1,2 faizi İran,
0,9 faizi Ukrayna,
0,9 faizi Çin,
0,9 faizi İtaliya,
0,7 faizi Fransa,
0,6 faizi Oman,
0,5 faizi Niderland,
17,4 faizi isə digər ölkələrin vətəndaşları.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 faizi Bakıda, 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 43,7 faizini təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)